Britaniyannın məhşur teatr tamaşaları və film-sərgilər Park Cinemada göstəriləcək
13 SENTYABR
265

Britaniyannın məhşur teatr tamaşaları və film-sərgilər Park Cinemada göstəriləcək

British Councilın TheatreHD layihəsi çərçivəsində Park Cinema Flame Towersdə ilk dəfə dünyada məhşur teatr tamaşaları böyük ekranda göstəriləcək. Turizm.fins.az-a verilən məlumata görə layihə çərçivəsində 13 sentabrda “Amadeus” tamaşası izləyicilərə təqdim olunacaq. Axşam saat 19:00-da başlayacaq tamaşa antraklarla birlikdə 2 saat 30 dəqiqə davam edəcək.

Filmin sinopsisi isə belədir: Vena - dünya musiqi paytaxtı. Saray bəstəkarı Antonio Salyeri Volfqanq Amadeus Motsartla - Vyananı fəth etməyə gəlmiş gənc dahi ilə tanış olur. Salyeri Motsartın bəstəkarlıq istedadı və ulduzluq ədaları ilə ovsunlanmışdır və onun əlində gənc bəstəkarı yüksəldə və ya onu tamamilə məhv edə biləcək hakimiyyət cəmlənmişdir. Piter Şafferin Laurence Olivier və Tony kimi bir çox mükafatları qazanmış məşhur pyesi ilk dəfə 1979-cu ildə Milli Teatrda təqdim edilmiş, sonradan isə rejissor Miloş Formanın filminin əsasını təşkil etmişdir. Rejissor Maykl Longhurstin yeni quruluşda təqdim etdiyi tamaşada canlı orkestr musiqisi səslənir.

Park Cinemada nümayiş oluncaq tamaşalar Londonda və Britaniyada ən çox uğur qazanmış tamaşalardır. Yüksək keyfiyyətli çəkiliş sizdə teatr zalında izləmə təəsüratı yaradacaq; kameralar kinoteatr tamaşaçılarının hər bir səhnəni ən yaxşı şəkildə izləyə biləcəkləri şəkildə yerləşdirilmişdir. 

Bundan əlavə, Park Cinema kinoteatrlar şəbəkəsində artıq 2 aydır uğurla həyata keçirilən sərgi filmlərinin də davam etdiriləcəyi təsdiqlənmişdir. Belə ki, Van Qoq, Mikalenjelo, Leonardo kimi tanınmış rəssamların əsərlərini böyük ekranda göstərilməsi tamaşaçıların rəğbətinə səbəb olmuş, və onların xahişi ilə Park Cinemada «Munk 150», «Rembrant», «Matis», «Mane: kətana həkk olunmuş həyat» və digər sərgi filmləri də nümayiş olunacaqdır. Daha ətraflı cədvəl ilə parkcinema.az və britishcouncil.az saytlarında tanış ola bilərsiniz.

Qeyd edək ki, hər iki layihə British Council, CoolConnections şirkəti və Park Cinema kinoteatrlar şəbəkəsinin birgə əməkdaşlığı nəticəsində həyata keçirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır