Tələbələrə xüsusi təklif
15 SENTYABR
196

Tələbələrə xüsusi təklif

Park Cinema Kinoteatrlar şəbəkəsi yeni dərs ilinin başlanması münasibəti ilə tələbələrə  surpriz edib. Kinoteatrlar şəbəkəsindən Turizm.fins.az -a verilən məlumatda bildirilir ki, tələbələr üçün kino biletinə və menuya xüsusi endirimlər tətbiq qüvvəyə minib. Park Bulvar, Metropark, Alov qüllələri, Zagulba və Masallıda yerləşən kinoteatrlarda tələbə biletinin göstərən gənclər bu təklifdən faydalana biləcəklər.

“Sentyabrın axırına qədər keçirilən aksiyada tələbələr kino biletinə, içki və popkorna xüsusi endirim əldə edəcəklər. Bundan əlavə, onlar GəncOl və Ulduzum kodları ilə hər ikinci bileti pulsuz əldə edəcəklər.  Park Cinema kinoteatrlar şəbəkəsi daim gənclərin yanında olmağa çalışır və onlara ən uyğun və sərfəli bilet qiymətləri təklif edir.

Qeyd edək ki, bu kampaniyadan əlavə, IMAX formatlı filmlərə Park Cinemadan tələbələr üçün xüsusi qiymətlər təklif olunur. Bundan əlavə, kino sektoruna gənc nəsli cəlb etmək və onların vaxtlarını sərfəli dəyərləndirmələrinə təkan vermək şəbəkənin əsas hədəflərindən biridir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır