Həftəsonu üçün ən sərfəli endirim və istirahət təklifləri - TOP 10
06 OKTYABR
1476

Həftəsonu üçün ən sərfəli endirim və istirahət təklifləri - TOP 10

Hər gün bir fürsət deməkdir! Fürsəti dəyərləndirmək isə artıq çox rahatdır!

Dostlar! İndi həftənin istənilən günü həmin günü gözəl keçirmək üçün əlavə fürsət olacaq!
Endirim və təklifləri sizə daha yaxın edən TooFun mobil tətbiqi, sizin şəhərin ən yaxşı əyləncə məkanları üzrə bələdçiniz olaraq sərfəli aksiyalar üzrə ən dadlı qiymətlərə supertəkliflər təqdim edir.
TooFun Sizə çox pul xərcləmədən əla istirahət etmək imkanı yaradır.
Axtardığınız təkliflər özü sizi tapacaq!

 


Şənbə axşamı canlı rok musiqisindən həzz alın

Bu şənbə, saat 22:30-da "Hard Rock CafeBaku"-da sizi cazibədar Rilaya və DJ KML-in ifası gözləyir. Axşamınızı yaxşı musiqi ilə canlandırın!

 


Uşaqlar üçün qumla rəsm dərsləri

7 oktyabr, saat 11:00-da "Sand Land Azerbaijan" tərəfindən 8-12 yaşlı uşaqlar üçün nəzərdə tutulmuş qum üzərində rəsm master-klassı təşkil ediləcək. Uşaqlara qum üzərində rəsm texnikasının incəlikləri öyrədiləcək və onlar üçün dəniz mövzusunda maraqlı qum rəsmləri nümayiş olunacaq. Dərsin müddəti - 1 saat. Qumla rəsm uşağın emosional vəziyyətinə müsbət təsir göstərir, onun yaradıcı potensialını açır və kreativliyini inkişaf etdirir.

 


VMF-dən payız endirimləri!

1-8 oktyabr aralığında VMF mağazalarından Certina, Hamilton, Seiko yaxud RaymondWeil brendlərinə aid saat alanlara Mio, Garmin, Pulsar və RuedeRhone brendlərindən saat hədiyyə olunur. Bundan əlavə, şəbəkə mağazalarına artıq yeni kolleksiya daxil olub və sizi yeni sürprizlər gözləyir.

 


Pivəsevərlərə əla təklif!

Dostlar, pivə həvəskarısınızsa, sizə əla təklifimiz var. Pivnaya Apteka-da "Dörd bokal pivə sifariş et və qəlyənaltı setini pulsuz al" aksiyası hələ də qüvvədədir. Səs-küylü və əyləncəli dostlarınızı da götürüb gəlin, pivə sifariş edin, qəlyanaltı hədiyyəniz olsun!

 


Yoga Shahi-də açıq qapı günü

7 oktyabr, YogaShahi-də Açıq qapı günü keçiriləcək. Studiyada sizin üçün tam yoqa palitrasını hazırlayıblar - rahatlayıcı və terapevtik praktik məşğələlərdən pilates və uşaq yoqasınadək. Yoqanın dadına bax və ideal praktikanı tap!
Bütün dərslərə giriş sərbəstdir.

Özünüzlə rahat geyim götürün ki, əyninizi dəyişmək və studiya ilə tanış olmaq imkanınız olsun.
Cədvəl:
10:00-11:00 - Sabina Paşayeva ilə xatxa yoqa (rus/az);
10:30-11:30 - Alla Motorina ilə kompleks yoqa (rus);
11:00-12:00 - Tamilla Qulubəyova ilə flou-xatxa (rus/ing);
11:00-12:00 - Seva ilə kundalini yoqa (rus/ing);
11:00-12:00 - Tana Yusupova ilə klassik xatxa (rus);
12:00-13:00 - Tatyana Larionova ilə pilates (rus);
12:00-13:00 - Nazimlə aykido (rus/az);
13:00-14:00 - Valeriya Nirvana ilə flou-xatxa (rus);
13:00-14:00 - Elnarə Rəsulova ilə uşaq xatxası (rus);
13:00-14:00 - Əmirə Mənsur ilə flou-xatxa (ing);
13:00-14:00 - Nadejda Popova ilə bioenerjikorreksiya (rus)
14:00-15:00 - Yelena Səfərova ilə qadın xatxası (rus);
14:00-15:00 - Nəzrin Quliyeva ilə flay yoqa (yerlər məhduddur) (rus/az/ing);
14:00-15:00 - Vadimlə bioenerjikorreksiya (rus);
15:00-16:00 - Elnarə Rəsulova ilə klassik xatxa (rus);
15:00-16:00 - Qafar Qənizadə ilə flay yoqa (yerlər məhduddur) (rus);
16:00-17:00 - Züleyxa Qurbanova ilə ofis yoqası (rus/az/ing).

Eyni zamanda, həmin gün aylıq abunəçilik 20%-lik endirim ilə təklif olunacaq.

 


Park Cinema ad gününüzə bilet hədiyyə edir

Park Cinema-da ad günü olanlara əla təklif var. Öz ad gününüzdə kinoteatrdan istənilən filmə pulsuz bilet əldə edə bilərsiniz. Kinoteatra gələrkən, şəxsiyyət vəsiqəsini özünüzlə götürməyi unutmayın.

 


Natural Halı-dan 70%-dək endirim

Natural Halı mağazası iki illiyini qeyd edir! Bununla əlaqədar olaraq, mağazanın bütün məhsulları 70%-dək endirimlə təklif olunur. Aksiya 8 oktyabradək keçərlidir. Fürsətdən yararlanın!

 


L`Occitane-dan hədiyyələr!

L`Occitane mağazalarında 15 AZN-dən yuxarı alış-veriş edən hər kəsi hədiyyə gözləyir. Hədiyyə paketinə kosmetik çanra və 2 krem daxildir. Aksiya 29 oktyabradək keçəridir.

 


Özünüzə massaj hədiyyə edin

Bali Spa sizin üçün endirim aksiyası təqdim edir. İndi 2 növ massajı: aromatik və balineziya massajlarını endirimlə əldə 20% edə bilərsiniz. Aksiya 15 oktyabradək davam edəcək. Bütün SPA prosedurları Balidən olan terapevtlər tərəfindən aparılır.

 


Beauttech-də payız endirimləri

Beauttech payız aksiyasına başlayıb. İndi Beauttech Babək Plaza, Beauttech Statistika, Beauttech FourSeasons, Beauttech Torgovaya filiallarında mikronidlinq proseduru (plazma, plasenta, kokteyllər)100-120 AZN deyil, cəmi 80 AZN-ə. Plazmaliftinq proseduru isə 180-200 AZN əvəzinə, cəmi 150 AZN-ə. Aksiya 8 oktyabradək keçərlidir.

Təkliflərdən hər zaman xəbərdar olmaq üçün TooFun tətbiqini yükləyin.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır