2017-ci ilin 10 ən qorxunc filmi – Siyahı
20 NOYABR
419

2017-ci ilin 10 ən qorxunc filmi – Siyahı

2016-cı ilin əsas film janrı elmi-fantastik idi. Bu ilin janrını qorxu janrı elan etməmizə isə heç nə mane olmur. Sonuna yaxınlaşdığımız 2017-ci ildə qorxu janrında xeyli film təqdim olundu.
2017-ci ilin ən qorxunc 10 filmini təqdim edirik:
1. "It" ("O") 
Stiven Kinqin eyniadlı əsəri əsasında çəkilib. Məşhur təlxək obrazı dünyadakı ən qorxunc obrazlardan sayılır. Kitab əsasında 1990-cı ildə film çəkilib.
2. "Patient zero" ("Sıfır nömrəli xəstə")
Bütün dünyaya indiyə kimi görülməmiş xəstəlik yayılır. Sürətlə yayılan bu epidemiya əhalinin sayını azaldıb, onları zombilərə çevirir. Epidemiyadan təsirlənməyən bir qrup insan isə müalicə axtarışına çıxır. Rejissorluğunu Stefan Ruzoviskinin etdiyi filmin ssenarisi Mayk Liyə aiddir. Baş rollarda isə Natali Dormer və Met Smit var.
3. "XX" ("Qorxu tuneli")
Bu filmin digərlərindən fərqi dörd rejissorunun olmasıdır. Film dörd ayrı rejissorun çəkdiyi dörd qısa filmdən ibarətdir.
4. "Raw" ("Çiy")
16 yaşlı gənc qız Jutin ailəsinin digər üzvləri kimi baytar olmaq istəyir. Çalışqan şagird olduğundan 16 yaşında baytarlıq fakültəsinə daxil olmağı bacarır. 
Böyüklərin təlqini ilə həyatında ilk dəfə çiy ət yeyir və özünün təhlükəli tərəfini kəşf edir.
5. "The autopsy of Jane Doe" ("Ceyn Dounun otopsiyası")
Baş rolunda Emil Hirşin olduğu film qeyri-adi ölüm hadisələrini araşdıran iki məmurdan bəhs edir. Bir gün ölüm səbəbini tapa bilmədikləri Ceyn Dounun cinayətini araşdırmağa başlayırlar. Bu araşdırma onları bəzi qorxunc şeylərlə qarşılaşdırır.
6. "Suspiria" ("İç çəkmək")
Amerikalı gənc qadın Suzi Bannion dünyanın ən yaxşı balet məktəbində təhsil almaq üçün Almaniyaya gedir. Bir axşamüstü məktəbin qapısını döyür və bundan sonra əsrarəngiz vəziyyətlərə şahid olur. Zamanla bu hadisələr ürküdücü həqiqəti kəşf etməsinə səbəb olur. 
Qorxu janrının ən yetkin rejisorlarından Luka Quadaninonun bu filmi ən uğurlu bir neçə qorxu filmindən biridir.
7. "A cure for wellness" ("Həyat iksiri")
Gənc və uğurlu idarəçi İsveçrə Alplarında bir sanatoriyada qalmaqdadır. Ancaq o buradakı müalicəvi vannaların möcüzəli təsirləri haqqında şübhə duymağa başlayır. Sirləri açdıqca başladıqca isə öz əqli müvazinətini itirməyə başlayır.
8. "Alien: Covenant" ("Məxluq: "Kovenant")
Əfsanəvi elmi-fantastik, macəra janrı rejissoru Ridli Skot "Prometey"lə başladığı trilogiyasının ikinci filmini təqdim etdi. Bu filmin də baş rollarında Maykl Fesbender var.
9. "The dark tower" ("Qara qala")
Bu film də Stiven Kinqin eyniadlı seriyası əsasında çəkilib. 
Film Rolandın özünü və dünyasını qorumaq üçün əsrarəngiz Qara qalanı axtarmağından bəhs edir.
10. "The Mummy" ("Mumiya") 
"Mumiya" Aleks Kurtzmanın rejissorluğu ilə çəkilib. Bu filmlə "Mumiya" seriyası yenidən başlayır. Bu, Yeni mumiya dünyası"nın ilk filmidir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır