2017-ci ilin ən çox pul qazandıran aktyorlarının adları açıqlanıb
27 DEKABR 2017
387

2017-ci ilin ən çox pul qazandıran aktyorlarının adları açıqlanıb

Forbes jurnalı 2017-ci ilin ən çox qazandıran aktyorlarının reytinqini təşkil edib.

Fins.az xəbər verir ki, reytinqə Vin Dizel başçılıq edir.

Onun iştirakıyla çəkilmiş filmlərdən gələn toplam gəlir 1,6 milyard dollara bərabər olub. Ən çox qazanc əldə olunan film isə Forsaj 8 olub.

Siyahıda ikinci yeri məhz elə Forsaj 8 filminə görə Dueyn Conson tutub. Üçüncü sırada isə Möcüzəvi qadınfilminin baş rol ifaçısı Qal Qadot qərarlaşıb. Onun nəticəsinə ciddi təsir edən film isə Ədalət liqası olub, - reytinqin müəllifləri bildiriblər.

İlk onluğa həmçinin Emma Uotson, Conni Depp, Deyzi Ridli, Tom Holland, Kris Prett, Kris Hemsvort və Con Boyer daxil olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır