Bayram günlərində uşaqlar üçün tamaşalara – QİYMƏTLƏR
27 DEKABR 2017
3611

Bayram günlərində uşaqlar üçün tamaşalara – QİYMƏTLƏR

Gürcüstanın "Multi-Pulti dünyası" teatrı "Maşa və Ayı" tamaşasının "Maşa və Ayının Şərqdə yeni il sərgüzəştləri" adlı yeni seriyası ilə Azərbaycan tamaşaçılarının görüşünə gələcək. Teatrın Bakıya növbəti qastrol səfəri yeni il bayramı ərəfəsində reallaşacaq. Balaca tamaşaçılar sevimli qəhrəmanları Maşa və Ayını, eləcə də digər sevimli nağıl qəhrəmanlarını  28, 29 dekabr tarixlərində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında görə biləcəklər. Tamaşalar 12:00; 14:00; 16:00 baş tutacaq.

Tamaşa məxsusi olaraq, Azərbaycan tamaşaçıları üçün "Maşa və Ayı" cizgi filmi və Şərq nağıllarının motivləri əsasında hazırlanıb.

Tamaşadakı hadisələr Yeni il ərəfəsində cərəyan edir. Ayı və Maşa yeni il yolkası bəzəməyə hazırlaşırlar. Birdən dənizin o tayından bir quş uçub gəlir və uzaq Şərqdə onların dostlarının böyük bir bəlaya düşdüyünü xəbər verir. Maşa və Ayı onlara kömək etmək üçün yola düşməyə hazırlaşırlar. Təmkinli Ayı səfərə hazırlaşmağa gedir, səbirsiz Maşa isə Ayını gözləməyərək, quşla bir yerdə uçub gedir. Ayı bu uzaq yolu təkcə qət etməyə məcbur olur.

Şahzadə Xəlifin sarayına çatan Maşa, şahzadənin, nişanlısının və uşaqların başına gələn bədbəxtlikdən xəbər tutur. Bütün baş verənlərin günahkarı Zalım Sehrbaz və Quldurdur. Maşa hamıya kömək etmək istəyir. Ancaq o təkbaşına şər qüvvələrin öhdəsindən gələ bilməz. Ayı və Şaxta Baba köməyə gəlir. Birlikdə onlar bütün şər qüvvələrə qalib gəlirlər. Maşa və Ayı evə qayıdır, tezliklə digər nağıl qəhrəmanları da onlara qoşulurlar. Hamı bəzənmiş yolkanın ətrafında əl-ələ tutub, dövrə vurur və bir-birilərini bayram münasibəti ilə təbrik edirlər.

Tamaşa iki variantda - Azərbaycan və rus dillərində hazırlanacaq 

Patrul köpəklər

İnteraktiv oyun üslubunda hazırlanan tamaşa seyrçiləri tamaşanın tərkib hissəsinə çevirməklə, onlara unudulmaz anlar yaşadacaq. Seanslar Azərbaycan və rus dilində olacaq. Tamaşa dekabr 30-da saat 12:00; 14:00; 16:00 olacaq.

Balaca tamaşaçılar üçün nəzərdə tutulan "Patrul köpəklər" interaktiv uşaq tamaşası eyniadlı cizgi filminin motivləri əsasında hazırlanıb. "Patrul köpəklər" cizgi filmi 2013-cü ildə Kanada və ABŞ sənətçiləri tərəfindən ekranlaşdırılıb və ekranlara çıxdığı gündən böyük populyarlıq qazanaraq müxtəlif dillərə tərcümə olunub.

Elektronika və texnika sahəsində fövqəladə istedada sahib 10 yaşlı Zik Rayder cəsur balaca köpəklərlə birgə "Patrul köpəklər" adlı komanda yaradır. Onlar köməyə ehtiyaca olanların köməyinə yetişir, çətin vəziyyətdə olanları xilas edirlər. Qorxunun nə demək olduğunu bilməyən cəsur və xeyirxah patrul köpəklərin öhdəsindən gələ bilməyəcəkləri vəzifə yoxdur. Patrul köpəklərin bir-birindən maraqlı macəralarına tamaşa etmək üçün 30 oktyabr tarixində Akademik Opera və Balet Teatrında nümayiş olunacaq "Patrul köpəklər" tamaşasının biletlərini şəhərin bütün kassalarından və Asan xidmət mərkəzlərindən əldə edin.

Tamaşa zamanı sizi unudulmaz anlar, cəsur patrul köpəklərlə tanışlıq və bol-bol əyləncələr gözləyir.

"Möcüzəvi qarışıqlıq" adlı Yeni il interaktiv şou-nağılı

CosplayClub "Möcüzəvi qarışıqlıq" adlı Yeni il interaktiv şou-nağılını təqdim edir. Tamaşaçılar əsl sehrbaz olub, xeyirxahlıq, cəsurluq və ixtiraçılıq kimi keyfiyyətləri mənimsəməkdə sevimli qəhrəmanlarına kömək edə biləcəklər. Tamaşa dekabrn 29; yanvarın 2,3,6-da saat 12:00,14:00 və 16:00-da olacaq. Tamaşa Crown oteldə olacaq.

Tamaşanın süjetinə görə,Kiberton planetindən olan dəyərli qonaqlar yeni il gecəsi Şaxta baba ilə Qar qızı görmək üçün tələsirlər – Avtobot Optimus Praym və BamblBi, Qar Səltənətindən Şaxta məlaikə - Elza və bacısı Anna, hamının sevdiyi xeyirxah Olaf və Kristof, Güzgü sakinləri (Güzgünün içində yaşayanlar) – Dəlisov şlyapaçı, Mart dovşanı, Çeşir pişiyi və sehrli saatların qoruyucusu – Əlahəzrət Zaman.

Qəhərmanların macərları qeyri-adi hadisələrlə zəngindir, yollarda hər cür maneəyə rast gəlirlər, xəyali amansız qüvvələr planlar qurular və Qurdların Qırmızı Kraliçası deseptikonlarla bayramı korlamaq istəyirlər, Elflərlə Alisa isə Yeni ilin gəlişinə qədər Zaman Qoruyucusunu geri qaytarmalı və yenidən Möcüzəvi Saat mexanizmini işə salmalıdırlar.

Möcüzəvi Qarışıqlıq – dostluğun istənilən çətinliyi aradan qadırdığını nümayiş etdirən maraqlı əhvalatdır. Mahnılar, rəqslər, qəhrəmanların macəraları sizi nağıl boyu müşayiət edəcək və siz unudulmaz yeni il gecəsi ab-havasına düşəcəksiz.

Müddət - 1 saat 20 dəqiqə, fasiləsiz.

Biletlərin qiyməti – 35 manat (Ana + uşaq)

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır