İzləyərkən özünüzü detektiv kimi hiss edəcəyiniz 6 möhtəşəm film
29 DEKABR 2017
1596

İzləyərkən özünüzü detektiv kimi hiss edəcəyiniz 6 möhtəşəm film

Əgər siz də filmi izləyərkən film qəhrəmanları ilə birlikdə tapmaca taparmış kimi sirli epizodları həll etməyə çalışanlardansınızsa, bu filmlərin hamısını izləməyinizi şiddətlə məsləhət görürəm. Rəqəmlər, şifrələr, simvollar, sirrlər həll edilməyi gözləyir..

1.The Number 23 (2007)

Jim Carrey”in komediya xaricində də yaxşı rollar oynadığını isbat edən bir film. 23 sayısını psixolojik olaraq beyninə yeridən Walter Sparrow-dan bəhs edilir bu filmdə. Bir sayının nələrə qadir olduğunu anlamaq bir az çətin olacaq.

2.The Adjustment Bureau (2011)

Siyasətçi və rəqqasə arasındakı münasibətə sirli qüvvələr tərəfindən müdaxilə edilir. İkisinin bir araya gəlməsini istəməyən sirrli güclər onları ayrımaq üçün hər şeyi edirlər. Görəsən uğurlu ola biləcəklərmi?

3. Identity (2003)

Şiddətli bir havada bir birinə yad və sirlərlə dolu 10 insan , yol qırağındakı kimsəsiz bir motelə sığınmaq məcburiyyətində qalırlar. İçlərində bir limuzin sürücüsü ,aktrisa,cinayətkarı türməyə aparan bir polis,məşhur televizor aparıcısı, yenicə evlənmiş cütlük və kriz içindəki ailə vardır.Bu cür havadan salamat şəkildə qurtulduqlarına sevinən bu 10 nəfər bir an içində sirli şəkildə tək-tək öldürülməyə başlayır. Yolçular arasında bir anda panika başlayır və bir müddət sonra onlar buraya təsadüfən düşmədiklərinin fərqinə varırlar..

4. Shutter Island (2010)


Bir adada cinayət işləmiş ruhi xəstələrin müalicə edildiyi xəstəxanadakı bir qatilin qaçması ilə Teddy Daniels (Leonardo DiCaprio) və Chuck Aule (Mark Ruffalo) adlı iki polisin axtarış hekayəsi göstərilir. Film beyin yoracaq tərzdədir. Əgər bu filmi izləməmisinizsə, ölmədən izləyəcəyiniz filmlər siyahısına artırmalısınız, mütləq.

5. The Usual Suspects (1995)

Beşi də bir-birindən istedadlı və öz sahələrində mütəxəssis məhkumlar, sadə bir qaçırma hadisəsindən sonra gözaltına alındıqlarında heç biri hadisəyə bir məna verə bilmədən boş gözlərlə bir-birlərinə baxır. Hekayəni araşdıran agent David Kujan Kaliforniya San Pedro Limanında 27 adamın ölümü ilə nəticələnən sirrli partlama ilə bu beş adamın əlaqəsi olduğunu düşünür. Əlində qalan tək canlı şahid Verbal Kinte hekayəni başdan sona soyuqqanlılıqla özünə köçürməkdədir lakin bütün sual işarələri bir adamın üzərində sıxlaşar, onun adı: “Keizer Soze”.

6. Memento (2000)

Leonard Shelby həyatını arvadına təcavüz edib öldürənləri tapmaq üçün sərf edən biridir. Ancaq onun bir problemi var- 15 dəqiqədən bir yaddaşı silinir və heç nə xatırlamır. Bunun üçün o getdiyi yerlərin , danışdığı adamların şəklini çəkir, altında müxtəlif qeydlər aparır. Rejissor Cristopher Nolanın çəkdiyi film digər filmlərdən kəskin fərqlənir. Belə ki film final səhnəsindən ən birinci səhnəyə doğru irəliləyir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır