"Yoxdu belə söhbət" filminin nümayişinə başlanılıb
11 YANVAR
501

"Yoxdu belə söhbət" filminin nümayişinə başlanılıb

“CinemaPlus Azərbaycan”da Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının istehsalı olan "Yoxdu belə söhbət" romantik-komediyasının qala gecəsi keçirilib. Fins.az xəbər verir ki, ekran işində rolları Günəş Mehdizadə, Həsən Ağa, Emil Məcnunov və Tünzalə Qəhrəman canlandırırlar.
Film iki həvəskar musiqiçi olan Kamran və Məcnunun təsadüfən nənə-nəvə olan Tamilla və Sara ilə tanışlığından və onların gözlənilməz əhvalatından bəhs edir. Bütün baş verənlərin təsadüf, yaxud möcüzə olması isə sual altındadır. 
Filmin rejissoru Rüfət Həsənov, ssenari müəllifləri Kamal Həsənov, Rüfət Həsənov, Asif Rüstəmov, bəstəkarı "Dihaj"dır. 
Ekran əsərinə 11 yanvar tarixindən etibarən "CinemaPlus" kinoteatr şəbəkələrində baxmaq olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır