Park Cinemada nümayiş olunacaq bu film hələ heç bir ölkədə göstərilməyib
11 YANVAR
560

Park Cinemada nümayiş olunacaq bu film hələ heç bir ölkədə göstərilməyib

Park Cinemada “Suyun Forması” adlı filmin yaxın günlərdə premyerası baş tutacaq. Turizm.fins.az xəbər verir ki, filmin Azərbaycanda keçiriləcək premyerası dünya kinoteatrlarındakı nümayişindən öncə baş verəcək. Məlumat üçün bildirək ki, ekran əsəri İtaliyada bu il  keçirilən 74-cü Venesiya Film Festivalının böyük mükafatı "Qızıl Şir" Meksikalı rejissor Guillermo Del Toronun "The Shape of Water" adlı filminə verilib.

Filmdə soyuq müharibə dövrü Amerikada baş verən hadisələrdən və Elisa adlı qızdan bəhs edilir. Səssiz, adi bir həyatı olan Elisa, gizli və yüksək təhlükəsiz sistemi olan  bir dövlət laboratoriyasında süpürgəçi kimi çalışır. Elisa iş yoldaşı Zelda ilə dövlətin apardığı gizli bir təcrübəni kəşf edir və suda həbs edilən insanı bir məxluqu amansız təcrübədən xilas etməyə çalışırlar.

Guillermo Del Toronun rejissorluq etdiyi filmin aktyor heyətində Sally Hawkins, Michael Shannon, Richard Jenkins, Doug Jones, Michael Stuhlbarg, Octavia Spenceryer alır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır