Azərbaycan kəndində Qulyabani peyda oldu
08 FEVRAL
240

Azərbaycan kəndində Qulyabani peyda oldu

Dünən “CinemaPlus Gənclik Mall”da "Qulyabanı" filminin təqdimatı baş tutub.

Turizm.fins.az xəbər verir ki, komediya janrında çəkilmiş filmin ssenari müəllifi Əlibəy Məmmədli, rejissoru Pərviz Həsənovdur. Ekran işində baş rolları Əlibəy Məmmədli, Nofəl Şahlaroğlu, Əminə Kaykun, Gülarə Məmmədova, Ceyhun Məmmədov, İqrar Salamov, Mithət Aydın, Arif Kərimov ifa edib.

Qala gecəsinə filmin yaradıcı heyəti ilə yanaşı, Xalq artisti Firəngiz Mütəllimova, aktyor Kamran Ağabalayev, müğənni Mirkamil Mirkamilov, Ayaz Qasımov, Azər Axşam və başqa məşhurlar qatılıb.

Macəra komediyası janrında lentə alınan filmdə hadisələr tez-tez qulyabanı peyda olan meşədə baş verir. Türkiyədən bu qulyabanını lentə almaq üçün Azərbaycana gələn türk jurnalistlə onun azərbaycanlı yoldaşları arasında baş verən əhvalat gözlənilməz məcrada inkişaf edir.

Film fevralın 8-dən “CinemaPlus" kinoteatrlar şəbəkəsində nümayiş olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır