"Dovlatov" filmi Berlin kinofestivalında
14 FEVRAL
117

"Dovlatov" filmi Berlin kinofestivalında

Rusiyalı kinorejissor Aleksey Germanın (kiçik) “Dovlatov” filmi Berlin beynəlxalq kinofestivalına hazırlaşır.

Fins.az-ın rus mətbuatına istinadən verdiyi xəbərə görə, film əsas müsabiqə proqramında yarışacaq.

Rus yazıçısı Sergey Dovlatovun Leninqradda keçirdiyi bir neçə günü təsvir edən film Rusiya Federasiyasının Mədəniyyət nazirliyi, Kino fondu və Kinematoqrafçılar İtiifaqının rəhbəri Nikita Mixalkovun dəstəyi ilə çəkilib.

Mart ayının 1-dən Rusiyada prokata çıxarılacaq filmin ilk növbədə rus tamaşaçılarını hədəflədiyi söylənilib. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır