Türkiyənin pop ulduzu "BAKU CRYSTALL HALL"da solo konsert verəcək
05 MART
405

Türkiyənin pop ulduzu "BAKU CRYSTALL HALL"da solo konsert verəcək

Turizm.fins.az xəbər verir ki, Türkiyənin pop ulduzu, tanınmış sənətçisi İrem Derici Bakida solo konsertlə çıxış edəcək. Konsert 21 mart tarixində saat 20:00-da paytaxtın ən möhtəşəm memarlıq incilərindən olan "BAKU CRYSTALL HALL"da reallaşacaq.

Məlumat üçün qeyd edək ki, Solo Konsertin təşkilatçısı Asif Hüseynovdur. İrem Derici ilə səhnəni "Xalq ulduzu" Anar Nəbiyev bölüşəcək. Kosertin qiyməti isə 20 – 50 manat arası dəyişir. Konsertdə iştirak etmək istəyənlər biletləri şəhərin kassalarından əldə edə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır