“Bir xalanın sirri” - Baxmayanlar üçün
05 MART
4988

“Bir xalanın sirri” - Baxmayanlar üçün

Ötən gün “Bozbash Pictures” komandasının ərsəyə gətirdiyi “Bir xalanın sirri” filminin Qala Gecəsi keçirilib.

"Cinemazadeh" studiyası və "İlk Media"nın birgə istehsalı olan filmin galasında, rol alan aktyorlar, tanınmış incəsənət nümayəndələri, dəvət olunan qonaqlar, media nümayəndələri iştirak ediblər.

Rejissor Emil Quliyev, prodüserlər isə "Cinemazadeh" studiyasının baş direktoru Cəfər Axundzadə və "İlk Media" şirkətinin direktoru İlkin Həsənidir.

Filmdə rolları İlkin Həsəni, Ramil Babayev, Azər Baxşəliyev, İlkin Misgərli, Nicat Rəhimov, Elşən Orucov, Gülzar Əşrəfova ifa ediblər.

Eləcə də bax: Antalyada istirahət üçün əla fürsət - 2 NƏFƏRƏ 500 MANAT

Filmin süjet xəttinə görə, hadisələr "Bozbash Pictures"in 6 əsas qəhrəmanının başına gəlir.

Bacısına toy eləmək istəyən Şoşu toya iki gün qalmış təzə kürəkəni də götürüb, qohumları ilə birlikdə paytaxda toyqabağı istirahət üçün gəlirlər. Paytaxtdakı əyləncə mərkəzlərinin birində spirtli içki qəbul edən qohumlar bir də gözlərini səhər oteldə açırlar. Bundan sonra qəhrəmanların hərəsi bir yerdə, bir vəziyyətdə aşkar olunur.

Film martın 1-dən etibarən "CinemaPlus" kinoteatrlar şəbəkəsində nümayiş olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır