“Suyun forması” Oskara layiq görülüb
06 MART
368

“Suyun forması” Oskara layiq görülüb

Los-Anceles şəhərinin “Dolbi” teatrında Amerika Kino Akademiyasının təsis etdiyi “Oskar” mükafatının təqdimat mərasimi keçirilib. Mərasimi komik aktyor Cimmi Kimmel aparıb. “Shape of water”– “Suyun forması” filmi “Oskar” mükafatının 90-cı təqdimat mərasimində “Ən yaxşı film” nominasiyasında qalib olub.

Filmin süjeti 1962-ci ildə Amerika Birləşmiş Ştatlarında inkişaf edir. Gizli, xüsusi ilə müdafiə olunmuş labaratoriyada Eliz, əməkdaşı Zelda ilə birlikdə, sirli məxluqu aşkar edir və bununla onun həyatı tamamilə dəyişir.

Del Toronun filmində baş rolu Sali Hovkins oynayır, ona partnyorluğu isə, Oscar sahibi, aktyor Oktaviya Spenser edir. Məlumatı BBC yayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır