Uşaqlar üçün - "Novruz Sevincləri" adlı bayram
12 MART
612

Uşaqlar üçün - "Novruz Sevincləri" adlı bayram

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Mədəni tədbirlərin təşkili və yaradıcı gənclərlə iş üzrə mərkəzinin təşkilatçılığı ilə martın 17-18-19-da Nizami Kino Mərkəzində Novruz bayramı ilə əlaqədar "Novruz sevincləri" adlı bayram şənlikləri keçiriləcək. 

Turizm.fins.az bildirir ki, şənlikdə Dədə Qorqud, Kosa, Keçəl, Bahar qızı və nağıl qəhrəmanlarının iştirakı ilə kiçik qonaqlara tamaşa göstəriləcək.

Həmçinin, uşaqları Kosa və Keçəlin əyləncəli şousu, tanınmış müğənnilərin çıxışları, rəqslər, müxtəlif oyunlar, viktorinalar, digər sürpriz və hədiyyələr gözləyir.

Bütün uşaqlar və valideynlər bayram şənliklərinə dəvətlidirlər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır