Yeni Komediya filmi - “Məşhur gəlin”
06 APREL
617

Yeni Komediya filmi - “Məşhur gəlin”

Turizm.fins.az xəbər verir ki, bir çox yerli məşhurların rol aldığı “Məşhur gəlin” komediya filminin təqdimatı izdihamla reallaşıb.

"AS Media"nın istehsalı olan ekran işinin baş prodüserləri Sarvan Allahverdiyev və Cavid Gül, icraçı prodüseri Sərxan Qədimov, koordinatoru Zaur Darabzadə, ssenari müəllifləri Elsəvər Camal və Azər Səlimli, səs rejissoru İslam Şirvanidir. Rejissor isə Rafael Bağırovdur. Rollarda Afaq Gəncəli, Rəsul Abbasov, Mənsur Şərif, Şəhriyar Əbilov, Cavid Gül, Kamil Zeynallı ifa ediblər.

Ekran işi əsasən, Afaq Gəncəli, Mənsur Şərif və Rəsulun üzərində qurulub. Afaq öz rolundadır, Mənsur isə onun pərəstişkarıdır. Filmin süjet xəttinə görə, Gəncəli Vaqif Afaq Gəncəlini dəlicəsinə sevən, fanatik fanatıdır. Afaq Gəncəlini bu dərəcədə sevən insanın başına gələcək ən gözəl hadisə, təbii ki, Afaqın onun maşınına minməsi idi. Vaqifin taksisi ilə hava limanına gedən Afaqın çantası onun maşınında qalır. Vaqif çantanı götürüb Afaq minən təyyarənin arxasınca qaçsa da, çantanı Afaqa verə bilmir. Vaqif maşın alverçisi olan dostu Etibardan Bakıya getmək və çantanı Afaqa vermək üçün kömək istəyir. Çantanı Afaqa vermək üçün yola çıxan dostların başına hadisələr gəlir.

Film artıq "CinemaPlus" kinoteatrlar şəbəkəsində nümayiş olunur.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır