Halil Sezai Bakıda konsert verəcək - SABAH
10 MAY
1715

Halil Sezai Bakıda konsert verəcək - SABAH

Turizm.fins.az xəbər verir ki, "İncir reçeli" filmi və "İsyan" mahnısı ilə məşhurlaşan türkiyəli müğənni Halil Sezai Paracıkoğlu Bakıda konsert verəcək.

11 May 20:00-da Elektra Events Hall -da Halil Sezai konsert proqramı ilə sevənlərinin qarşısına çıxacaq. 

Biletlərin qiyməti isə aşağıdakı kimidir.

50-75 AZN qiymət civarıda olan yerlər masa arxası ayaqüstü yerlərdir.
90-200 AZN qiymət civarıda olan yerlər masa arxası oturacaq yerlərdir.
220 AZN dəyərində 2-ci mərtəbədə VİP masalar arxasında olan yerlərdir.

Səhnə önü masalarda (200 AZN dəyərində) və VİP masalarda (220 AZN dəyərində) əlavə depozit nəzərdə tutulub. Depozitin dəyəri tədbirdə əlavə olaraq ödənilir.

Fasilə zamanı səhnəmizin sevilən ifaçısı Nuray Məhərov çıxış edəcək. Eyni zamanda, VİP qonaqlar qismində şou biznesin tanınmış simaları yer alacaq. Biletləri şəhərin bütün kassalarından əldə edə bilərsiz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır