Azərbaycan kinoteatrlarında “Stalinin Ölüm”ü filminin nümayişi davam edir? – Qiymətlər
16 APREL
506

Azərbaycan kinoteatrlarında “Stalinin Ölüm”ü filminin nümayişi davam edir? – Qiymətlər

Fadien Nuri və Tyeri Robinin “Stalinin ölümü” romanı əsasında “The Death of Stalin” filmi ərsəyə gətirilib. Böyük Britaniya və Fransanın əməkdaşlığı nəticəsində hazırlanmış, komediya janrında çəkilmiş filmin rejissoru “kreslo”suna isə Armando İanuççi əyləşib.

Film ilk dəfə 2017-ci il sentyabrın 8-də “Toronto Beynəlxalq Film Festival”ında nümayiş olunub. 2017-ci il oktyabrın 20-də Böyük Britaniya, martın 9-da isə ABŞ-da göstərilib. Film ətrafında qalmaqal bitməyib. Rusiyada polislər adıçəkilən ölkədə qadağan edilmiş Stalinin Ölümü (“The Death of Stalin”) filmini nümayiş etdirən sinema salonuna basqın ediblər. Moskvanın mərkəzindəki “Pioner Sinema”sına gedən silahlı polislər, filmin göstərildiyinə dair protokol hazırlayıb və foto çəkib. “Pioner”də filmin ilk, cümə günü, 3 fevrala qədərki bütün nümayişlərin biletləri artıq bitmişdi.

Rusiyanın Mədəniyyət Nazirliyi isə filmi göstərən sinemaların, ya pul, ya da bağlanma cəzası ala biləcəyini demişdi. Sinemaya gedən polislər isə sadəcə araşdırma apardıqlarından başqa nəsə deməyiblər. “Pioner Sinema”sı isə basqına rəğmən filmin nümayişini davam etdirəcəklərini bildiriblər. Stalinin ölümündən sonra yaşanan hakimiyyət mübarizəsindən danışan komediya filmi Rus rəsmiləri tərəfindən “Rusiyaya təhqir edildiyi” səbəbindən dolayı qadağan edilib.

Qərar isə, rejissor və dövlət rəsmilərinin izlədiyi özəl nümayişdən sonra alınıb. Sinema salonunun çıxışında BBC Rusiyaya danışan film izləyicisi “Stalinin Ölümü” filmini bəyəndiklərini deyib. Bir qadın isə belə bir filmi qadağan etmək radikallıq olardı qənaətinə gəlib. Digər qadın isə bu film hər kəs izlənməlidir deyib. Sinemadan çıxan bir adam isə filmi izlədikdən sonra, təhqir edilmiş hissetmədiyini bildirib. Rusiyanın Mədəniyyət naziri Vladimir Medinski filmin qadağan edilməsinin bir senzura deyil, yaşlı nəslin təhqir edilmiş hissetməsinin qarşısını almağı hədəfləyən hərəkət olduğunu deyib. Stalin öləndə həyatda olan iki yaşlı qadın da filmi bəyəndiyini deyib. İngilis istehsalı film oktyabrda İngiltərədə nümayiş edilib.

Bu il martın 11-dən “ParkCinema” kinoteatrlar şəbəkəsi Azərbaycanda “Stalinin ölümü” filminin nümayişinə başlayıb. Martın 13-dən etibarən isə “CinemaPlus” kinoteatrlar şəbəkəsinin “Stalinin ölümü” filmi kinohəvəskarlarının ixtiyarına verilib. Adıçəkilən filmə yerli kinoteatrlarda baxmağa qərar verdikdə isə maraqlı mənzərə ilə qarşılaşmışıq. “CinemaPlus”da filmə bilet almaq mümkün olmayıb.

Şirkətdən bildiriblər ki, filmin nümayişi artıq sona çatıb. Bu isə ağıllarda yalnız bir sualı yaratdı? Rəqiblər hələ də filmin nümayişini davam etdirir, amma kompaniya isə filmin nümayişini dayandırır. Məsələni aydınlaşdırmaq üçün “CinemaPlus”un Biznesin İnkişafı Departamentinin rəhbəri Zaur Darabzadəyə müraciət etdik. Departament rəhbərindən öyrəndik ki, filmin nümayişi dayandırılmayıb: “Digər filmlər kimi kino sadəcə bitib”,- cavabını aldıq. Xatırlatmaq yerinə düşər ki, “CinemaPlus"un direktoru Cəfər Axundzadədaha əvvəl mətbuata demişdi ki, “düzdür, bütün dünyada yayım vəsiqəsini müvafiq nazirlik (Mədəniyyət və Turizm Nazirliyini nəzərdə tutur-red.) verir və bu, olmalıdır. Yəqin ki, bəzi qaydaları gözləmək lazımdır”.

“ParkCinema”dan isə seanasların çoxu gecə və bahalı olduğundan məsələ ilə bağlı kinoteatrlar şəbəkəsinə sorğu göndərdik: “ParkCinema”nın nümayəndəsi deyib ki, “Flame Towers”də səhər seansı da var. Qiymət seans və kinoteatrdan asılı olaraq 3,30 AZN-dən başlayır: “VIP yerlər də qalıb”. Məsələn, aprelin 3-də “Park Bulvar” da yerləşən “ParkCinema”da 22:50-də nümayiş edilən filmə biletin qiyməti 7 AZN olub.“Metro Park” da filmin nümayişinə gecə 00:30 baxmaq üçün 3,30 AZN ödəmək lazım idi. Həmin tarixlərdə qeyd olunan yerlərdə VIP yerlər tapa bilmədik.

Qeyd olunan tarixdə “Flame Towers”də saat 19:30 üçün, həm VIP yerlər, həm də adi bilet tapmaq olardı. Böyüklər üçün biletin qiyməti 3,30 AZN, VIP yerlər üçün biletin qiyməti isə 8 AZN olub. Şənbə günü, aprelin 7-də bu filmə saat 01:20-də VIP yerlər almaq üçün “Fame Towers”də 16,50 AZN ödəməli idiniz. Aprelin 7-8 də gündüz seans tapmaq istəyənlərə isə təəssüflə deməliyik ki, ən gec seans 21:20-də başlayırdı. Aprelin 11-i yəni bu gün isə filmə “Park Bulvar”da 23:00-da baxa bilərsiniz. Biletin qiyməti 7 AZN-dir, VİP yerlər yoxdur. “Metro Park”da filmin nümayişi 23:40-da baş tutacaq. Biletin qiyməti uşaq və ailələr üçün 5.20 AZN, böyüklər üçün isə 6.50 AZN-dir.

“Flame Towers”də də VİP yerlər də tapa biləcəksiniz. Seanslar 21:20 və 01:20 üçün nəzərdə tutulub. Saat 21:20-də baş tutacaq filmə biletin qiyməti “Metro Park” da olan qiymətlər ilə eynidir. “Flame Towers”də hər iki qeyd olunan saatda, yəni 21:20 və 01:20-də filmə VİP yer almaq üçün 16.50 AZN-dən keçməli olacaqsınız. Saytın axtarış bölməsində digər günlər üçün seanslar tapmaq olmadı. Ola bilsin ki, filmin nümayişi artıq bitsin, ona görə baxmayanlar gedib baxa bilər.

Filmə baxanların ümumi statistika ilə bağlı sualımıza cavab olaraq şirkətdən deyiblər ki, “Biz kommersiya xarakterli məlumatları paylaşmırıq”.

Bir az da filmin bu cür qadağalar ilə qarşılaşmasının səbəblərindən danışaq.

Filmin ilk 50 dəqiqəsi şəxsən məndə elə də böyük təəssürat yaratmadı. Filmdə Stalin sanki tarixdə, kitablarda oxuduğumuz o “Böyük” obraz rolunda deyildi. Filmin ilk dəqiqələrindən başlayaraq insanlarda qara siyahıya düşmək qorxusunu görürürk. Belə siyahıya düşmüş insan haqqında müzakirələr aparmaq, xokkey oyunu oynamaq, din xadimlərinin dövlətçiliyə qarışmasına icazə vermək böyük qəbahət hesab edilirdi. Kinoda tez-tez bu fikri eşidirik. Stalin qruplaşmaya qarşıdır. Molotov deyir ki, Stalin istərdi ki, Komitənin tək səsi olsun.

Amma kinoya baxanlar qorxmur. Yəqin bu da filmin komediya janrı ilə bağlı olmasından qaynaqlanır. Amma 50 dəqiqəsindən sonra hadisələr daha da qızışır. Biz 1953-cü ildə Stalinin beyin iflicindən vəfat etməsindən sonra, Molotov tərəfdarları və Daxili İşlər Naziri, təhlükəsizlik məsələləri üzrə nazir olan Lavrenti Beria arasında hakimiyyəti ələ keçirmək üçün nələr etdiyinin şahidi oluruq.

Daxili İşlər Naziri, Lavrenti Beria sonradan cənazə işləri üzrə rəhbərə təyin olunmuş Nikita Sergeyeviç də daxil olmaqla digər nazirlərə xəbərdarlıq edir ki, bir az hörmət göstərin: “Məndə hamınız haqqında sənədlər var. Hamısı uzun bir siyahıda yazılıb”. Nikita Sergeyeviç bu hadisədən sonra, nazirlərə deyir, yalnız Yoldaş və Dostlar bir-birilərinə bu cür qışqıra bilər.

Filmin ciddi janrda çəkilmədiyini hər dəfəsində oxucuya xatırladan isə Stalinin oğlu Vasilidir. Atası öldükdən sonra Vasili nazirlərə deyir ki, siz atamın beynini kəsib, amerikalılara satdınız. Stalin öldükdən sonra alkoqol aludəçisi oğlu Vasilini çağırırlar. Vasili həkimdən sənin axı neçə yaşın var ki, atamı müalicə etmisən? soruşur. O da qorxusundan deyir ki, (əslində cavandı) yoldaş Vasili mən yaşlıyam.

Nazirlər təhlükəli rəqib hesab olunan Daxili İşlər Naziri Berianı nazirliyin güclərindən dövlət əleyhinə istifadədə xain hesab edirlər. Sabiq nazir azyaşlı uşaqlara qarşı cinsi təcavüzə görə də günahlandırılır. Onu vurur daha sonra isə yandırırlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır