Baş qəhrəman dəyişdi, yüksək keyfiyyət dəyişmədi – "TAKSİ 5"
07 MAY
923

Baş qəhrəman dəyişdi, yüksək keyfiyyət dəyişmədi – "TAKSİ 5"

Taksi — kinokomediya, döyüş, macəra və detektiv janrlarını özündə ehtiva edən fransız filmidir. Dünya üzrə 200 mln dollar gəlir gətirməklə, Fransanın ən uğurlu filmlərindən biri hesab edilir. Bu filmin artıq 5-ci hissəsinin premyerası keçirilib. "Taksi 5" filmi heçdə digər 4 hissədən geri qalmır, buna tam əmin ola bilərsiniz. Filmin rejissoru Frank Qastambid həm ssenari müəllifi, həmdə baş rolun ifaçısı olsa belə, film uğursuz alındı desək, yanılarıq. Bəlkə də Qastambid aktyor kimi bundan öncəki "Taksi"lərin baş qəhrəmanı Sami Naseridən nisbətən zəif görsənsə də, onun rejissor və ssenarist kimi yüksək peşəkarlığı göz qabağındadır. Filmin təsviri isə belədir:

Marsel şəhərinin polis şöbəsinə keçirilən polis zabitinə güclü Ferrari avtomobillərində olan italyan oğru dəstəsini tutmaq həvalə olunur. Köməyə isə Danielin bacısının böyük qızı - əfsanəvi ağ taksidə dəhşətli sürücü gəlir. Bir sözlə, bu filmə baxmağa deyər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır