Uşaqlarınız üçün maraqlı həftə sonu - ƏTRAFLI
18 MAY
721

Uşaqlarınız üçün maraqlı həftə sonu - ƏTRAFLI

Uşaqlarınızın həftə sonunu maraqlı keçirtmək istəyirsinizsə Turizm.fins.az sizlərə həftə sonu proqramı təqdim edir. 

İlk dəfə Bakıda uşaqlar üçün Mayın 19-u Azərbaycan Dövlət Dramatik teatrın səhnəsində "Üç pişik" tamaşası keçiriləcək. Tamaşaya  giriş vaxtı 12:00, 15:00, 18:00 –dəkdir. Biletlərin qiyməti isə 5-50 manat arası dəyişir. Ətraflı məlumat əldə etmək istəyənlər 050 354 90 54 telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər.

19 may uşaqlar üçün "Çar Saltan, knyaz Qvidon və şahzadə Qu quşu haqqında nağıl" tamaşasının premyerası Rus Dram Teatrının səhnəsində baş tutacaq. Tamaşa 12:00-da başlayır. Biletin qiyməti 5 manatdır.

Etika Akademiyası məmnuniyyətlə 4-8 yaşlı uşaqları Etika dərsinə dəvət edir. Dərs müasir uşaqlar üçün maraqlı bir formatda keçiriləcək və 2 saat davam edəcək. Tənəffüs zamanı uşaqlara çay şiriniyyatlarla və meyvə assorti veriləcək. Kurs 19 may, saat 12:00-da başlayacaq. Biletin qiyməti isə 35 manatdır. Ətraflı məlumat əldə etmək istəyənlər 012 566 71 27 telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır