“Jara” səhnəsindəki azərbaycanlılar - Fotolar
16 İYUL
364

“Jara” səhnəsindəki azərbaycanlılar - Fotolar

“Jara-2018” Beynəlxalq Musiqi Festivalının start götürməsinə sayılı günlər qalıb.  Turizm.fins.az xəbər verir ki, iyulun 26-dan 29-dək davam edəcək musiqili gecədə çıxış edən azərbaycanlı məşhurların adları açıqlanıb. 

Xalq artisti Aygün Kazımova, Samir Bağırov, “Eurovision- 2018” təmsilçimiz Aysel Məmmədova, gənc ifaçı Cəmilə Haşımova (Jiva) , Rusiyada fəaliyyət göstərən müğənnilər Elman Zeynalov və Sultan Məşədiyev səhnədə çıxış edəcəklər. 

Qeyd edək ki, festivalın açılış mərasimində Monatik, Qriqori Leps, Ani Lorak, Svetlana Loboda, Emin Ağalarov , A`Studio, Dima Bilan, Sergey Lazarev, Qlyuk’oza, Qradusı, Nyuşa, Nastya Kamenskix, Slava, Aleksey Çumakov, Artik & Asti, Black Star, Timati, Yeqor Krid, Mot, Xanna, Mişa Marvin və digər məşhur musiqiçilərin iştirakı ilə qala-konsert olacaq.

 






 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır