"ZD Travel" 4 vakansiya üzrə işçi axtarır
09 AVQUST
382

"ZD Travel" 4 vakansiya üzrə işçi axtarır

1. Vakansiyanın adı: Aparıcı mütəxəssis

Vakansiyanın aid olduğu müəssisə / təşkilat: ZD Travel

Vakansiyanın aid olduğu struktur:  Korporativ şöbə

Vəzifə (peşə) maaşı: 700 AZN
Əlavə ödəniş: Yemək xərci
İş vaxtının norması: 6 günlük iş rejimi
İş yerinin ünvanı: Bakı şəhəri, Rixard Zorge küçəsi, 15

Tələb olunan təhsil istiqaməti və ixtisası: İstənilən
Minimum təhsil dərəcəsi tələbi: Ali
Tələb olunan minimum əmək stajı: Sahə üzrə 2 il
Tələb olunan kompüter bilikləri: Microsoft Office
Tələb olunan xarici dil bilikləri: Azərbaycan və rus dilində səlis danışmalı

Vəzifə öhdəlikləri: 

- Potensial müştərinin tapılması üzrə işlərin aparılması;
- Yeni korporativ müştərinin cəlb edilməsi (Müştərilərlə görüş almaq, görüşlər keçirmək, təkliflər hazırlamaq, müştərilərə şirkət məhsulları haqqında tam, dolğun, dəqiq məlumatlar vermək);
- Müştəri məmnuniyyətinin təmin edilməsi;
- Cəlb etdiyi müştərilər üzrə hesabatın aparılması;
- Şirkətin işgüzar nüfuzunun qorunması;
- Satış texnikaları üzrə biliklərin işində tətbiq edilməsi;
- Rəhbərliyə gündəlik, həftəlik və aylıq satış haqqında hesabatların hazırlanması;
- Satış təqdimatlarının məzmununun  satış tipini və ticarət amilini öyrənərək tənzimlənməsi;
- Korporativ satış bazasının mütəmadi olaraq inkişaf etdirilməsi.

Digər tələb və üstünlük göstəriciləri: Analitik düşüncə, ünsiyyətcillik, komandada işləmək bacarığı, işə yaradıcı yanaşmaq və yeni ideyaları stimullaşdıra bilmək, inandırıcılıq qabiliyyəti, dəqiq planlaşdırma və nəzarətetmə qabiliyyəti.

Müraciət qaydası:  Göstəriciləri vakansiyanın tələblərinə uyğun olan namizədlər öz məlumatlarını (CV) “Aparıcı mütəxəssis” başlığı ilə [email protected] elektron poçtuna göndərə bilərlər.

Son müraciət tarixi:  31 avqust 2018-ci il

2. Vakansiyanın adı: Ofis manager

Vakansiyanın aid olduğu müəssisə / təşkilat: ZD Travel

Vəzifə (peşə) maaşı: 500 AZN
Əlavə ödəniş: Yemək xərci
İş vaxtının norması: 6 günlük iş rejimi
İş yerinin ünvanı: Bakı şəhəri, Məhəmməd Naxçivani küçəsi, 15B

Tələb olunan təhsil istiqaməti və ixtisası: İstənilən
Minimum təhsil dərəcəsi tələbi: Ali
Tələb olunan minimum əmək stajı: Sahə üzrə 1 il
Tələb olunan kompüter bilikləri: Microsoft Office
Tələb olunan xarici dil bilikləri: Azərbaycan dilində sərbəst danışmalı

Vəzifə öhdəlikləri: 

- Filiala müxtəlif sorğularla müraciət edən müştərilərin qarşılanması
- Müştərilərin müraciətinə əsasən müvafiq şöbələr üzrə yönləndirilməsi
- Şirkətə gələn zənglərin cavablandırılması və müvafiq şöbələrə yönləndirilməsi
- Direktorun tapşırığı əsasında əvvəlcədən müəyyənləşmiş işlərin icrası 
- Səbirli, təmkinli, təzyiqə davamlı
- Ünsiyyətqurma və izahetmə qabiliyyəti
- Məsuliyyət, düzgünlük, dəqiqlik, aydın diksiya, detallara diqqət yetirmək qabiliyyəti

Digər tələb və üstünlük göstəriciləri: Rus dili və ingilis dillərini yaxşı səviyyədə bilmək.

Müraciət qaydası:  Göstəriciləri vakansiyanın tələblərinə uyğun olan namizədlər öz məlumatlarını (CV) “Ofis Manager” başlığı ilə [email protected] elektron poçtuna göndərə bilərlər.

Son müraciət tarixi:  31 avqust 2018-ci il

3. Vakansiyanın adı: Aviakassir

Vakansiyanın aid olduğu müəssisə / təşkilat: ZD Travel

Vakansiyanın aid olduğu struktur: Satış şöbəsi
Vəzifə (peşə) maaşı: 900-1200 AZN
Əlavə ödəniş: Yemək xərci
İş vaxtının norması: 6 günlük iş rejimi
İş yerinin ünvanı: Bakı şəhəri, Rixard Zorge küçəsi, 15

Tələb olunan təhsil istiqaməti və ixtisası: İstənilən
Minimum təhsil dərəcəsi tələbi: Ali
Tələb olunan minimum əmək stajı: Sahə üzrə 3 il
Tələb olunan kompüter bilikləri: AMADEUS, Galileo, Gabriel, Microsoft Office
Tələb olunan xarici dil bilikləri: Azərbaycan, Rus, İngilis (sərbəst)

Vəzifə öhdəlikləri: 

- Aviabiletlərin bronlaşdırılması və satışı
- Ən uyğun marşurut və qiymətin müəyyən edilməsi
- Müştərilər və tərəfdaşlarla yüksək səviyyədə münasibətlərin qurulması
- Müştərilərdən gələn sorğuların vaxtında və işgüzar formada cavablandırılması
- Həftəlik və aylıq satış hesabatlarının hazırlanıb rəhbərliyə təqdim edilməsi

Digər tələb və üstünlük göstəriciləri: AMADEUS, Galileo, Gabriel sistemlərində sərbəst işləyənlərə və sertifikatı olanlara üstünlük veriləcək.

Müraciət qaydası:  Göstəriciləri vakansiyanın tələblərinə uyğun olan namizədlər öz məlumatlarını (CV) “Aviakassir” başlığı ilə [email protected] elektron poçtuna göndərə bilərlər.

Son müraciət tarixi:  31 avqust 2018-ci il

4.Vakansiyanın adı: Tur operatoru

Vakansiyanın aid olduğu müəssisə / təşkilat: ZD Travel

Vakansiyanın aid olduğu struktur: Turların təşkili şöbəsi
Vəzifə (peşə) maaşı: 1200-1500 AZN
Əlavə ödəniş: Yemək xərci
İş vaxtının norması: 6 günlük iş rejimi
İş yerinin ünvanı: Bakı şəhəri, Məhəmməd Naxçivani küçəsi, 15B

Tələb olunan təhsil istiqaməti və ixtisası: İstənilən
Minimum təhsil dərəcəsi tələbi: Ali
Tələb olunan minimum əmək stajı: Sahə üzrə 3 il
Tələb olunan kompüter bilikləri: Yaxşı səviyyədə MS Excel
Tələb olunan xarici dil bilikləri: Azərbaycan, Rus, İngilis (sərbəst)

Vəzifə öhdəlikləri: 

- Xarici turların təşkili;
- Xarici partnyorlar ilə işgüzar yazışmalar aparmaq;
- Müştərilərdən gələn sorğuların vaxtında və işgüzar formada cavablandırılması;
- Otellərin və digər turizm xidmətlərinin bronlaşdırılması;
- Sığorta yazılması;
- Mövsümə uyğun turların analiz edilib hazırlanması;
- Müştərilərə viza dəstəyi xidmətinin göstərilməsi;
- Gündəlik və aylıq satış hesabatlarının hazırlanıb, rəhbərliyə təqdim edilməsi.

Müraciət qaydası:  Göstəriciləri vakansiyanın tələblərinə uyğun olan namizədlər öz məlumatlarını (CV) “Tur operatoru” başlığı ilə [email protected] elektron poçtuna göndərə bilərlər.

Son müraciət tarixi:  31 avqust 2018-ci il

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır