"Qarabağ"ın "Vorskla" və "Sportinq"lə oyunlarının biletləri satışda - QİYMƏTLƏR
09 OKTYABR
1526

"Qarabağ"ın "Vorskla" və "Sportinq"lə oyunlarının biletləri satışda - QİYMƏTLƏR

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçirəcəyi son iki ev oyununun biletləri artıq satışa çıxarılıb.

Turizm.fins.az klubun "Facebook" səhifəsinə istinadən xəbər verir ki, oktyabrın 25-də Ukraynanın "Vorskla" (Poltava) klubuyla matçın biletlərinin qiymətləri müvafiq sektorlara görə 2, 4, 8, 10 və 50 (VİP) AZN arasında dəyişir. 

Noyabrın 29-da Portuqaliyanın "Sportinq" klubuyla matçın biletləri isə 2, 5, 10, 15 və 50 (VİP) AZN arasında dəyişir.

Biletləri aşağıda qeyd olunan satış məntəqələrindən və ya onlayn olaraq iticket.az saytından əldə edə bilərsiniz:

Satış məntəqələri:

"Qarabağ" FK (Fan-Şop)

Gənclik Mall
28 Mall
ASAN Xidmət (1,2, 3, 4 və Sumqayıt)
İticket satış məntəqələri

Eləcə də bax: Yıldız Tilbenin Bakıdakı konsertinə 5 gün qaldı - BİLET QİYMƏTLƏRİ

Eləcə də bax: Şəkiyə səyahət zamanı bu oteldə cəmi 60 manata istirahət et

Eləcə də bax: Bakının ən dəbdəbəli "Fairmont Hotel"də Halloween party olacaq 

Eləcə də bax: Azərbaycandan Avropaya yeni reyslər açılır

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır