Tanınmış amerikalı reper Bakıya gəlir
09 OKTYABR
275

Tanınmış amerikalı reper Bakıya gəlir

ABŞ-ın Azərbaycandakı səfirliyinin maliyyə dəstəyi ilə Baltimor şəhərindən olan repçi, musiqiçi və sahibkar Uordsmis ilk dəfə Azərbaycana oktyabrın 7-20 tarixlərində səfər edəcək.

Turizm.fins.az saytının məlumatına görə, Azərbaycanda Uordsmis və onun qrupu ictimaiyyət üçün müxtəlif konsertlər, yerli musiqiçi və tələbələr üçün ustad dərsləri təşkil edəcək.

Unikal reper qrupu ilə birlikdə ABŞ Dövlət Departamentinin İncəsənət Elçiləri Proqramı çərçivəsində ilk dəfə Azərbaycanda çıxış edəcəklər. 

Bu Proqram mədəniyyətlərarası anlaşma və əməkdaşlığı inkişaf etdirmək üçün dünyanın müxtəlif ölkələrinə səfərini təşkil edir. 

Uordsmisin Azərbaycandakı bütün konsertləri ictimaiyyət üçün açıq və ödənişsizdir. Konsertlər aşağıdakı tarixlərdə olacaq: 

13 oktyabr, 19:00      -           Park Bulvar Moll

16 oktyabr, 19:00      -           YARAT Müasir İncəsənət Məkanı

20 oktyabr, 19:00      -           Rəşid Behbudov adina Mahnı Teatrı

Uordsmis hip-hopu güclü motivasiyalı mesajla ifa edir. Onun missiyası çox sayda insanları tələb olunan keyfiyyətli müsiqi ilə təmin edərək məqsədli mesaj vasitəsi ilə onları əyləndirmək və maarifləndirməkdir.

©Modern.az 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır