Azərbaycan - Malta oyunun biletləri satışda
12 OKTYABR
355

Azərbaycan - Malta oyunun biletləri satışda

Azərbaycan millisinin UEFA Millətlər Liqasında dördüncü oyununun biletləri satışa çıxarılıb.

Turizm.fins.az xəbər verir ki, azarkeşlər oktyabrın 14-də Bakı Olimpiya Stadionunda Malta yığmasına qarşı keçiriləcək matçın biletlərini əldə edə bilərlər.

Üç kateqoriya üzrə biletlərin qiyməti 2, 3 və 5 manat, VİP yerlər üçün isə 10 manat təşkil edir.

Bilətlərin satış nöqtələri ASAN 1 (Həsən Əliyev küç.36), ASAN 2 (Nobel prospekti 23, AMAY TM 2-ci mərtəbə), ASAN 3 (Abbas Mirzə Şərifzadə 157), 28 Mall (28 May küçəsi, 2-ci mərtəbə"), Gənclik Mall (Fətəli Xan Xoyski 38, 3-cü mərtəbə), Köşk 1 (Sahil m. M.Rəsulzadə 3), Köşk 2 (Bül-bül prospekti, Nizami küç.), Köşk 3 (Üzeyir Hacıbəyov küç.69x), Heydər Əliyev Sarayının kassasıdır (Bülbül pr.35).

Qeyd edək ki, Azərbaycan – Malta oyunu oktyabrın 14-ü, saat 20:00-da başlayacaq.

Eləcə də bax: 

Şəkiyə səyahət zamanı bu oteldə cəmi 60 manata istirahət et 

İşləmək üçün ən yaxşı ölkələr açıqlandı

Dünyaca tanınan xizək və kanat kurortuna səyahət - CƏMİ 350 DOLLAR

Dünyanın ən rəngarəng şəhəri olan "DEHLİ"ə səyahət neçəyədir?

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır