Formula 1 Azərbaycan Qran Prisi üçün bilet satışı başladı - QİYMƏTLƏR
16 OKTYABR
864

Formula 1 Azərbaycan Qran Prisi üçün bilet satışı başladı - QİYMƏTLƏR

Bu gündən 2019-cu ildə keçiriləcək Formula 1 Azərbaycan Qran Prisi üçün bilet satışına start verilib.

Turizm.fins.az-ın məlumatına görə, bunu mətbuat konfransında Bakı Şəhər Halqasının Marketinq və kommunikasıya şöbəsinin müdiri Nigar Arpadarai bildirib.

O deyib ki, biletləri şəhərin 13 satış nöqtəsindən, həmçinin onlayn şəkildə əldə etmək olacaq: "Bu gündən satışa çıxarılan biletlər hələlik yerli sakinlər üçün nəzərdə tutulub".

N.Arpadarai əlavə edib ki, Bakı Şəhər Halqası azarkeşlərə 4 günlük biletlərdə məhdud sayda nəzərdə tutulmuş 20%-lik endirim təklif edir: "1 yanvar 2019-cu ilə qədər qüvvədə olacaq bu təklifdən sonra biletlərin satışı tam qiymətə satılacaq. Sırf yerli sakinlər üçün isə 25% endirim tətbiq olunur".

Qeyd edək ki, Bakıda növbəti Formula 1 yarışı 2019-cu il 26-28 aprel tarixlərində baş tutacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır