Uşaqlar üçün yeni “Rubi və qızıl kanyon” animasiya filmi
24 OKTYABR
220

Uşaqlar üçün yeni “Rubi və qızıl kanyon” animasiya filmi

“CinemaPlus” kinoteatrlar şəbəkəsi 2018-ci ildə “Cinemazadeh” studiyasında peşəkar Azərbaycan dilinə dublyaj edilən Çin istehsalı olan “Rubi və qızıl kanyon” animasiya filminin nümayişlərinə başlayıb. 

Dublyajın redaktoru Vüqar Hüseynov, rejissor Rövşən Məmmədli, səs operatoru Vüsal Abdulhəsənov, səs rejissoru Orxan Ağalarov, post-prodakşn Rüfət Kərimzadə, icraçı prodüser Emil Davudzadə, baş prodüser Cəfər Axundzadədir.

Animasiya filmini Əlixan RəcəbovNəzakət MəmmədliZemfira AbdulsəmədovaRəhim RəhimovVüsal XaliqoğluRövşən MəmmədliElman RəfiyevMüşfiq Mirzəzadə, Vüsal MustafayevVagif AslanovVüsal Hacıqədir  Vüqar Hüseynov səsləndiriblər.

Cizgi filminin rejissoru Din Şidir. 

Cizgi filmi haqqında qısa məlumat:

Rub adlı uçağan, cırcırama Su Hökmdarı ilə birgə laboratoriyada şüşə bankada yaşayır. Onlar nəyin bahasına olursa-olsun, sirli ölkə - Qızıl Kanyona səyahət etməyi arzulayırlar. Lakin oraya ancaq sehrli nəhəng quşda çatmaq olar. Arzularının yolunda, təhlükəli və maraqlı səyahət zamanı bizim qəhrəmanlar kərtənkələ Ti-Reksə qalib gəlməli, kral arılarının təqibindən qaçmalıdırlar. Və bütün bunlar arzularına görədir.

“CinemaPlus” kinoteatrı hər zaman sizlərə xoş sürprizlər etmək və kino dünyasında olan ən son premyeralarla sevindirməyə hazırdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır