Yerli caz ifaçılarının konsert proqramı keçiriləcək
01 NOYABR
229

Yerli caz ifaçılarının konsert proqramı keçiriləcək

Noyabrın 21-i saat 19:00-da Heydər Əliyev Sarayında tanınmış yerli caz ifaçılarının konsert proqramı keçiriləcək. “JAzzeri Bands & Art ” caz musiqisi axşamında Dihaj, Əfqan Rəsul, Nərmin Məmmədli, Elina Maysuradze, Teymur Süleymanbəyli, Nərmin Kərimbəyova, Elvin Bəşirov iştirak edəcəklər. Konsertin xüsusi qonağı qismində kubalı musiqiçi Yanssel Castellon rəhbəri olduğu “Los Amigos” qrupu ilə birgə çıxış edəcək. Qrup üzvləri tamaşaçılara Latın Amerikası və Kubanın zəngin musiqi və ritmlərini təqdim edəcəklər.

Konsertə biletlərin qiyməti 10-40 manat arası dəyişir. Ətraflı məlumat: +994 12 598 17 72

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır