Bütün əfsanəvi kinolardan musiqilər bir konsertdə - Cinema Hits Show
08 NOYABR
140

Bütün əfsanəvi kinolardan musiqilər bir konsertdə - Cinema Hits Show

23 Fevral, 19:00 Heydər Əliyev Sarayı sizləri Sankt-Peterburqdan olan məşhur dirijor, musiqiçi və bəstəkar İqor Ponomarenkonun rəhbərliyi altında orkestr ifasında təqdim ounan “Cinema Hits Show” konsertinə dəvət edir. Bütün əfsanəvi kinolardan musiqilər bir konsertdə. 

İqor Ponomarenko, məşhur rus musiqiçisi, dirijor, bəstəkar, IP Orchestra
layihəsinin rəhbəridir. 2000-ci ilə qədər məşhur “Terem-Quartet”-in musiqiçisi kimi tanınılmışdı, sonradan – “Ma.Gr.Ig.Al.” qruppunu yaratdı.
Dubayda, Ponomarenko dirijor kimi debüt etdi – “Transformers” filminin musiqisinə yazılmış yeni “Concordia” layihəsini təqdim etdi.

Biletlərin qiyməti 10-60 AZN təşkil edir. 
Əlaqə telefonları: (012) 441-21-31, (050) 332-36-30

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır