“Qaynana 2018” - Bu tarixdən etibarən kinoteatrlarda
19 DEKABR 2018
494

“Qaynana 2018” - Bu tarixdən etibarən kinoteatrlarda

“Qaynana 2018” - “Caspian Media Group” şirkətinin ərsəyə gətirdiyi ekran işi “Qaynana” filminin 40 illik yubileyi ərəfəsində çəkilib. 1978-ci ildə çəkilən filmin mahnılarını səsləndirən xalq artisti Flora Kərimova bu dəfə özü Canan adlı qaynana obrazını canlandırıb. Filmdə həmçinin xalq artisti Səfa Mirzəcanov, aktyorlar Elməddin Cəfərov, Riad Abdul, Sevinc Əliyeva, Gülşad Baxışova, Azum Oquçukvo və digərləri çəkiliblər. Filmin rejissoru isə Orxan Ağazadədir.

Film haqqında:

2018-ci ilin qayınanası 40 il öncəki qayınanadan çox fərqlənir. Müasir qayınana oliqarxlardan birinin həyat yoldaşıdır. Lüks həyat yaşayan Cananın günü (Flora Kərimova) masaj salonlarında, şoppinqdə keçir. Amma buna baxmayaraq, o da əksər qayınanalar kimi övladının seçiminə müdaxilə etməyi sevir. Belə ki, oğlu Fuad (Riad Abdulov) evlərində çalışan qulluqçunun qızı ilə ailə qurmaq istəsə də, Canan qətiyyətlə etiraz edərək ailələrinə uyğun olmadığını bildirir. Fuad isə dayısı oğlu Şöhrətdən (Elməddin Cəfərov) kömək istəyir. Onlar 40 il öncəki filmdə qayınanaya saxta gəlini təqdim etmiş İlqarla (İlham Namiq Kamal) görüşürlər. İlqar əcnəbi gəlin Mufitanı Canana Atruba kralının qızı kimi təqdim edir. Və bütün macəralar da elə bundan sonra başlayır.

Film 22 dekabrdan CinemaPlus kinoteatrlarında yayımlanacaq

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır