Qrinç “Park Cinema”da
28 DEKABR 2018
267

Qrinç “Park Cinema”da

Dünən “Park Cinema Park Bulvar”da rejissorlar – Yarou Çeyni və Skott Moujerin “Qrinç” cizgi filminin qapalı nümayişi keçirilib. Film qonaqlar, xüsusilə uşaqlar tərəfindən çox yaxşı qarşılanıb.

“Tamaşaçının məmnunluğu bizim ən vacib məqsədimizdir. Amma bu gün biz hər şeyi etdik ki, dostlarımız iki-üç qat daha məmnun qalsınlar. Şadıq ki, premyeramıza azyaşlı uşaqlar da gəlib. Bu onlar üçün bayram şənliklərinin bir başlanğıcıdır”, - deyə “Park Cinema” şəbəkəsinin piar-meneceri Rüstəm Fətəliyev bildirib.

Sürprizlər tamaşaçıları lap əvvəlcədən gözləyirdi. Öz ampluasına sadiq qalan Qrinç “Park Cinema” nümayəndələrinin çıxışı zamanı səhnəyə çıxıb, premyeranı “oğurlamağa” söz versə də, sonradan “zərərsizləşdirilib”. Tədbirin sonunda Qrinçin əhval-ruhiyyəsi düzəlib və o, qonaqlarla şəkillər çəkdirib.

“Bu, 2018-ci ildəki sonuncu qapalı premyeramız oldu. Fürsətdən istifadə edərək, Azərbaycan xalqını qarşıdan gələn Yeni İl və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə təbrik edirik. Əmin olun ki, biz gələn il də sürprizlər edəcəyik”, – deyə Rüstəm Fətəliyev bildirib.

“Park Cinema” Azərbaycanın ən texnoloji kinoteatrlar şəbəkəsidir. Tərkibində “Flame Towers”də yerləşən “IMAX 3D”, “Park Bulvar”da fəaliyyət göstərən “LaseR” və “Metropark”dakı “Birkart Dolby Atmos” zalı var.

“Park Cinema” Azərbaycanın IMAX 3D formatı ilə təchiz olunmuş yeganə kinoteatrlar şəbəkəsidir.

Biletləri “Park Cinema”nın rəsmi saytında (www.parkcinema.az), iOS və Android üçün tətbiq olunmuş əlavələrdən əldə edə bilərsiniz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır