“CinemaPlus”da “Qar yarışları” animasiya filminin nümayişi başlayıb - VİDEO
03 YANVAR
446

“CinemaPlus”da “Qar yarışları” animasiya filminin nümayişi başlayıb - VİDEO

“CinemaPlus” kinoteatrlar şəbəkəsi 2018-ci ildə “Cinemazadeh” studiyasında Azərbaycan dilinə peşəkar dublyaj olunan Kanada istehsalı “Qar yarışları” animasiya filminin nümayişinə başlayıb.

Turizm.fins.az xəbər verir ki, dublyajın redaktoru Vüqar Hüseynov, rejissor Rövşən Məmmədli, səs operatoru Vüsal Abdulhəsənov, səs rejissoru Orxan Ağalarov, post-prodakşn Rüfət Kərimzadə, icraçı prodüser Emil Davudzadə, baş prodüser Cəfər Axundzadədir.

Animasiya filmini İslam Mehrəliyev, Əlixan Rəcəbov, Kəmalə Piriyeva, Mətanət Abbaslı, Vüsal Məmmədov, Azadə Abbasova, Nəzakət Məmmədli, Elnur Hüseynov, Rəhim Rəhimov, Rövşən Məmmədli və Aytac Rəhimova səsləndiriblər.

Cizgi filminin rejissoru Benua Qodbutdur.

Ekran işində gözəl mənzərəli bir kənddə, Kanadanın qarlı dağlarında uşaqlar Qar yarışları təşkil edirlər. Hər iştirakçı yarışa öz məsuliyyətilə yanaşır və öz xizəyini özü düzəldir. Amma, başqa idman növlərində olduğu kimi, qar yarışları da yalansız ötüşmür, çünki hamı qalib olmaq istəyir!

©Report
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır