Çelentanonun oxşarı Bakıda çıxış edəcək
07 YANVAR
181

Çelentanonun oxşarı Bakıda çıxış edəcək

Fevralın 13-də Heydər Əliyev Sarayında populyar Çelentano tribüt şousu (Celentano Tribute show) keçiriləcək.

Oxu.Az xəbər verir ki, bu haqda sarayın mətbuat xidməti məlumat yayıb.

“Celentano Tribute show”da italiyalı kinoaktyor və müğənni Adriano Çelentanonu təqlid edən, onun səs tembri və tərzi ilə oxuyan oxşarı səhnəyə çıxacaq. 

Son illər Çelentano yaşla əlaqədar, demək olar ki, çıxış etmir. Lakin bu möhtəşəm şou əsl Adriano Çelentanonun konsert zalında olduğu və tamaşaçılar önündə çıxış etdiyi illüziyasını yaradır.

Mauritsio Şveytser istedadlı aktyor və müğənni, Adriano Çelentanonun rəsmi oxşarıdır. “Celentano Tribute show” tanınmış italiyalı müğənninin pərəstişkarları üçün onun hitlərini canlı şəkildə dinləmək baxımından əla fürsətdir.

Şou öz miqyası ilə insanı valeh edir. Bütün nömrələr ən xırda detalına kimi ölçüb-biçilib. Başlıca olaraq səhnənin qəhrəmanı Mauritsio Şveytsarın yaratdığı obraza diqqət ayrılır.

Hər bir kostyum Adriano Çelentanonun səhnə geyiminin dəqiq surətidir.

Fitri istedad, zəhmətkeşlik və qrim ustalarının təqdirəlayiq işi sayəsində Şveytseri əsl Adriano Çelentanodan ayırmaq elə də asan olmayacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır