Bu həftə Musiqili Teatrda beş tamaşa izləniləcək
05 FEVRAL
166

Bu həftə Musiqili Teatrda beş tamaşa izləniləcək

Azərbaycan Dövlət Musiqili Teatrı həftə ərzində baxımlı səhnə əsərləri ilə tamaşaçılarını sevindirəcək.

Turizm.fins.az xəbər verir ki, bu həftə sənət ocağının yaradıcı kollektivi beş tamaşa ilə teatrsevərlərin görüşünə gələcək. Teatrın səhnəsində fevralın 8-də “Qızıl toy”, 9-da isə “Dəcəl çəpişlər” və “Mən dəyərəm min cavana” tamaşaları nümayiş olunacaq.

Fevralın 10-da isə “Bir dayan, canavar!” (rus dilində) və “999-cu gecə” izləniləcək. Tamaşaçılar teatrın sevilən aktyorlarını bu səhnə əsərlərində görə biləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır