“BTS” qrupunun konserti bir daha “Park Cinema”da
06 FEVRAL
770

“BTS” qrupunun konserti bir daha “Park Cinema”da

“Park Cinema” kinoteatrıar şəbəkəsi, seyrçilərin çoxsaylı xahişlərini nəzərə alaraq, dünyaca məşhur “BTS” qrupunun “Love Yourself in Seoul” konsertində çəkilmiş filmi bir daha göstərəcək. Bunu şəbəkənin piar-meneceri Rüstəm Fətəliyev deyib: 

“Yanvarın 26-ı “Park Cinema Flame Towers” və “Park Cinema Metropark”da “BTS”in film-konserti artıq nümayiş olunmuşdur vı böyük marağa səbəb olmuşdur. Qrupun 1000-ə yaxın fanatı zalları doldurarkən, konsertdən həzz alırdılar. Təbii ki, biz onlarla əla münasibət qurduq və onların xahişlərini nəzərə alaraq, bu konserti bir daha göstərməyə qərar verdik”. 

Təkrar seanslar fevralın 9-u və 10-u saat 14:15-də “Park Cinema Flame Towers” və “Park Cinema Metropark”da baş tutacaq.

7 üzvdən ibarət olan qrup hip-hop və K-pop (Koreyalı pop) janrlarında çıxış edir. Qrupun heyətində RM (Kim Namcun), Jin (Kim Sok Cin), Suga (Min Yun Gi), J-hope (Cey-hop), Jimin (Pak Cimin), Teahyung (Kim Tehyong) və Jungkook (Con Coguk) yer alıb.

“Park Cinema” Azərbaycanın ən texnoloji kinoteatrlar şəbəkəsidir. Tərkibində “Flame Towers”də yerləşən “IMAX 3D”, “Park Bulvar”da fəaliyyət göstərən “LaseR” və “Metropark”dakı “Birkart Dolby Atmos” zalı var.

“Park Cinema” IMAX 3D formatı ilə təchiz olunmuş Azərbaycanın yeganə kinoteatrlar şəbəkəsidir.

Biletləri “Park Cinema”nın rəsmi saytında (www.parkcinema.az), iOS və Android üçün tətbiq olunmuş əlavələrdən əldə edə bilərsiniz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır