14 fevral, Sevgililər günündə, “Yeddi şam yeməyi” komediyası “Park Cinema”da
12 FEVRAL
220

14 fevral, Sevgililər günündə, “Yeddi şam yeməyi” komediyası “Park Cinema”da

Beşillik birgə həyatdan sonra ər və arvadın münasibətləri dağılır: uşaqlar yox, sevgi soyuyub, ümumi maraqlar demək olar ki, qalmayıb.  Həyat yoldaşı boşanma tələb edəndə isə, baş qəhrəman dərk edir ki, yaxın adamı buraxmağa hazır deyil və arvadını yola gətirir ki, sanki onun tərəfindən hazırlanmış münasibətlərin bərpası üzrə üsulu sınaqdan keçirsin.

Onun adı “Yeddi şam yeməyi”dir və bu eksperimentdə iştirakdan sonra qız qərarını dəyişməsə, ondan boşanacaq. Hər şey çox sadədir, onlar yeddi dəfə şam etməlidirlər. Amma bəlli olur ki, hər dəfə yeni nəsə əlavə olunacaq – qaranlıqda şam yeməyi, paltarsız şam yeməyi, yad adamın iştirakı ilə şam yeməyi…

Filmi 14 Fevral "ParkCinema"da izləyə bilərsiz

Cədvələ bu linkə keçid edərək baxa bilərsiz

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır