"Formula 1"in keçiriləcəyi yarış həftəsonunda dünyaca məşhur DJ-lər çıxış edəcək
08 APREL
363

"Formula 1"in keçiriləcəyi yarış həftəsonunda dünyaca məşhur DJ-lər çıxış edəcək

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) böyük məmnuniyyətlə 2019 Formula 1 Azərbaycan Qran Prisinin keçiriləcəyi yarış həftəsonunda dünyaca məşhur DJ-lərin çıxış edəcəyi və gec saatlaradək davam edəcək “Bakı Şəhərinin Sədaları” (Baku City Sounds) adlı gecə əyləncə proqramını elan edir.

Ciqan və Mahmut Orhan kimi məşhur DJ-lərin iştirak edəcəyi gecə əyləncə proqramı 26 aprel tarixində “Elektra Events Hall”-da baş tutacaq. Bundan başqa, DJ Mendoza məkanın daimi sakini kimi yarış həftəsonu ərzində hər gecə öz çıxışı ilə dinləyicilərə unudulmaz anlar yaşadacaq.

Yarış həftəsonunun gecə əyləncə proqramına 26 aprel tarixində start veriləcək və ilk olaraq səhnəyə "Qızıl Qramofon" və "İlin mahnısı" mükafatlarına layiq görülmüş rusiyalı məşhur pop-hip-hop ifaçısı Ciqan çıxacaq.

Biletlər: https://www.bakucitycircuit.com/az/buy-now?utm_source=iticket.az&utm_medium=menu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır