“Formula 1”- də iştirak edəcək ikinci məşhurun adı açıqlandı - VİDEO
09 APREL
783

“Formula 1”- də iştirak edəcək ikinci məşhurun adı açıqlandı - VİDEO

Aprelin 26-28 kimi Bakıda keçiriləcək “Formula 1” Qran-Prisi çərçivəsində konsert proqramı ilə çıxış edəcək ikinci məşhur ulduzun adı açıqlanıb.

Turizm.fins.az xəbər verir ki, bu dünya şöhrətli amerikalı hip-hop ifaçısı Kardi Bidir. Sənətçi aprelin 28-də Crystall Hall-ın səhnəsində çıxış edəcək. 

Qeyd edək ki, Kardi tarixdə ilk qadın reperdir ki, “Grammy”də “Ən yaxşı repçi albomu” nominasiyası üzrə qalib gəlib.

 Onun səsləndirdiyi musiqi parçalar xüsusi ilə gənclər arasında çox sevilir və bəyənilir. Kardi Binin konsertində iştirak etmək istəyirsinizsə biletləri şəhərimizin kassalarında əldə edə bilərsiniz. 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır