Artıq sabah "Barocco-Mugam" konserti baş tutacaq
18 APREL
457

Artıq sabah "Barocco-Mugam" konserti baş tutacaq

Venesiya və Azərbaycan, Su şəhəri və Odlar yurdu! 

Bu möhtəşəm iki ölkəni uzun müddət İpək yolu, müasir dövrümüzdə isə dostluq və mədəniyyətə olan bağlılıq birləşdirir.

Su və Alov- Barokko Muğam konserti bir birindən fərqlənən lakin eyni zamanda melodiya və harmoniya aspektində səciyyəvi xüsusiyyətlərə malik iki musiqi janrını birləşdirməklə bu ərazilərin tarixi münaibətlərini yenidən bərpa etmək niyyətindədir.

İlk dəfə keçiriləcək bu konsert rejissor Eyyub Quliyevin, İtaliyanın dünya üzrə mədəniyyət səfiri, fleytaçı Luisa Sello, Fəridə Məmmədova-soprana, Sahib Paşazadə-tar, Toğrul Əsədullayev-kamança, Soltan Əliyev -nağara, Kəmalə Əlizadə-piano və Bakı Opera Teatrı orkestrinin çıxışı ilə baş tutacaq.

Konsert Venesiyanın Ca’ Foscari Universitetinin, etnomusiqi janrının professoru Covanni De Zorzi tərəfindən təqdim olunacaq.

Konsertin bədii rejissoru məşhur İtalyan bəstəkarı Stefano Muskaritolo-dur.

Konsertin təşəbbüskarı Venesiyanın Ca’ Foscari Universiteti və United Cultures şirkətidir.

Konsert 19 aprel 2019-cu ildə Azərbaydan Dövlət Akademic Opera və Balet Teatrında baş tutacaq.

Biletləri şəhərin bütün kassalarından, 28 Mall, Ganjlik Mall ticarət mərkəzlərindən, ASAN Xidmət mərkəzlərindən və www.iticket.az saytından əldə edə bilərsiniz. 

Bilet: 15 - 65 AZN
Tarix: Aprel / Апрель - 19
Saat: 20:00
Ünvan:Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır