Baxmağa dəyər 7 serial
03 İYUN
376

Baxmağa dəyər 7 serial

Əgər sən hələ də axşamları nəyə baxacağına qərar verməmisənsə, sənin üçün sürprizimiz var. Dəqiq desək, yeddi sürpriz:

Taxt oyunları

Səkkiz ildən sonra serial qısa final sezonu ilə yekunlaşır. Axı yaxşı hərşey nə vaxtsa mütləq bitməlidir. "Taxt oyunları" yaradıcıları final sezonu sirrli saxlamaq üçün o qədər əllərindən gələni ediblər ki, hətta treyleri izlədikdən sonra belə, dəqiq bir şey demək olmur. Prodüserlər hər seriyanın çəkilməsinə 15 milyon dollar kimi inanılmaz bir büdcə qoyublar. Həmçinin, son sezonun çəkilişləri ən böyük miqyaslı olub, Xorvatiya, Kanar adaları, Andalussiya və İslandiyada çəkildi. Epizodların birində izləyicinin görəcəyi epik döyüş səhnəsi ən böyük, qəddar və təsirli səhnə olacaq.

Çernobıl

Bu yaz HBO Çernobıl AES-də baş vermiş hadisəni ekranlaşdırmağı planlayır. Yaradıcılar bu tarixi faciənin detallarına maksimal dərəcədə diqqətli olacaqlarına söz verirlər. Quruluşcu rolunda məşhur klipmeyker və "Bütün çətinliklər"in rejissoru Yohan Renk olacaq; sovet fizikaçılarını Britaniyalı ulduzlar Jared Harris və Emili Uotson, qəza nəticələrini aradan qaldırmaq üzrə komissiyanın sədri Boris Şerbini isə - Stellan Skarsqard oyanayacaqlar.

Akademiya Ambrella

Alternativ kainatda baş verən hadisələr haqqında danışan kəskin süjetli yeni serial. Ötən əsrin ortalarında müxtəlif qadınlardan eyni zamanda bir neçə uşaq dünyaya gəldi. Bu hadisələrin mistik tərəfi onda idi ki, bütün bu qadınlar hamilə deyildilər və onların yeni doğulan uşaqlari isə qəribə bacarıqları ilə seçilirlər. Eyni zamanda Dünyada özünü ser Harqqrivs kimi tanıtmış yadplanetli sivilizasiyanın təmsilçisi gizli əməliyyat keçirir. O yeddi uşağı da alimlərin əlindən xilas edir və xüsusi bilrəşmə - "Ambrella" akademiyasını təşkil edir. Burada uşaqlar böyüyür və zamanla öz gücləri və istedadlarını idarə etməyi öyrənirlər ki, gələcəkdə doğma planeti qoruya bilsinlər.

Akt

Bir neçə il əvvəl bütün qəzetlərin başlıqlarında olan Missurili qadın Di-Di Blançordun real hekayəsinə əsaslanan süjetli bir serial. Di-Di illərlə xəstəlik bəhanəsi ilə hərkəsi və öz qızını aldadırdı. Ana qızı əyləncələrə getməyə, yaşıdları ilə münasibət qurmağa qoymur, sadəcə yaxşı oxumağa məcbur edir. O heçbir mükafat almır və ana ilə qızı arasında bu cür vəziyyət onları sadəcə bir-birindən uzaqlaşdırır. Cipsi artıq uzun illərdir ki, sadəcə azad olmaq istəyir və buna görə də doğma insana qarşı olan nifrəti hər gün daha da artır. Zəhərli ailə münasibətlərinin uduzmayan birləşməsi və aktyorların oyunları yəqin ki, bu layihəyə əla reytinq gətirəcək.

Perfeksionistlər

Bu serialın süjeti "Sevimli yalançılara" çox bənzəyir. İlk baxışdan ideal şəhər Beykon-Haytsda hər şey mükəmməldir: rahatlıq hökm sürür, uğur qazanmış insanlar yaşayır, prestijli universitet işləyir. Ancaq bu yalnız görünən tərəflərdir və buraya universitetdə assistent kimi işləməyə gələn Elison DiLaurentis bunu dərhal anlayır. Müəllimələrdən biri bir il əvvəl özünü öldürüb, oxuyanlar arasındakı konflikt isə faciə dərəcəsinə çatana qədər sürətlə böyüyür. Bir neçə tələbə yerli intriqaçı Nolan Xotçkissi qorxutmaq istəyirlər, ancaq alınmır: gəncin başına bədbəxt hadisə gəlir.

Yaxşı əlamətlər

Nil Geyman və Terri Pratçett və onların 1990-cı il romanı "Yaxşı əlamətlər" sevənlər üçün yeni fentezi-serial. Bu dünyanın sonunun qarşısını almaq üçün birləşmiş mələk və şeytanın hekayəsidir. Altı seriyalı mini-serial sözün həm yaxşı, həm də pis mənasında Britaniya televiziya ənənələrinə uyğun çəkilib: ssenari Geymana aiddir, rejissor isə "Şerlok" və "Doktor Kim" seriyalarının quruluşçusu Duqlas Makkinnondur. Və əgər aktyorlar - Frensis MakDormand, Maykl Şin, Devid Tennant və Benedikt Kamberbetçi də nəzərə alsaq, bunun güclü bir adaptasiya olacağına dair heç bir şüphə qalmır.

Həmişə cadugar

Melodramatik fentezi-serialın mərkəzində köləlikdə olan cadugardır. On doqquz yaşlı Karmenə ölüm - odda yandırılma cəzası verilir. Buna səbəb - ağ insana olan sevgidir. Xilas olmaq üçün qəhrəman sehrbaz qadına müraciət edir. Yaşlı qadın Karmenə təklif edir: qəhrəmanı zamanda cadugarların yaşadığına inanılmayan bir yerə göndərmək. Ancaq bir qadağa var - öz qeyri-adi bacarıqlarından istifadə etmək və bildirmək olmaz. Qız razılaşır və bizim zamanımıza Kolumbiyaya düşür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

DAHA ÇOX
görmək istəyirsiz?

ƏTRAFLI