AVRO-2020 oyunlarının bilet satışına start verilir
12 İYUN
411

AVRO-2020 oyunlarının bilet satışına start verilir

Bu gün 2020-ci ildə keçiriləcək futbol üzrə Avropa çempionatının rəsmi saytında turnirin final hissəsinə biletlərin satışına başlanılacaq. 

UEFA-nın saytında yayımlanan xəbərə görə, biletlərin satışı iyulun 12-dək davam edəcək. 

Satış Bakı vaxtı ilə 16:00-dan etibarən başlayacaq və biletlər yalnız onlayn formada satılacaq.

Xatırladaq ki, AVRO-2020-nin oyunları 2020-ci il iyunun 12-dən iyulun 12-dək keçiriləcək. Turnirin 60 illik yubileyinə həsr olunmuş çempionat 12 şəhərdə baş tutacaq. 

Bunlar London, Münhen, Bakı, Roma, Buxarest, Dublin, Kopenhagen, Bilbao, Qlazqo, Budapeşt, Amsterdam və Sankt-Peterburqdur. 

Bakıda AVRO-2020-nin üç qrup qarşılaşması və dörddə bir finalın bir oyunu baş tutacaq. 

Paytaxtımızda baş tutacaq qarşılaşmaları izləmək üçün onlayn satışa çıxarılan birinci kateqoriyalı biletlərin qiyməti 125 avro (250 AZN - red.), ikinci 75 avro (150 AZN - red.), üçüncü isə 30 avrodur (60 AZN - red.).

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır