“Çernobl” serialı tarixin ən populyar serialı seçilib
05 İYUL
483

“Çernobl” serialı tarixin ən populyar serialı seçilib

Yeni çəkilmiş, Çernobl atom elektrik stansiyasınıda 1986-cı ildə baş vermiş partlayışdan bəhs edən serial tarixin ən yaxşı serialları arasında “Taxt oyunları”nı belə ötüb.
Beş seriyalı film ABŞ kanalı olan HBO-da çəkilir, o International Movie Data Base adlı sistemdə tarixin bütün seriyallarından daha yüksək bal, 9,6 bal alıb. “Çernobl” serialından sonra ikinci yerdə “Yer planeti” (9,5 bal) və üçüncü yerdə – “Silah qardaşlığı” (9,4 bal) dayanıb. 
Populyarlığa görə reytinq cədvəlində artıq kulta çevrilmiş “Taxt oyunları” serialı ancaq altıncı yerə çıxıb. Reytinq cədvəlinə ümumilikdə 250 film daxil olub. 
Qeyd edək ki, “Çernobl” serialı 1986-cı ildə Ukraynanın Çernobl şəhərindəki atom elektrik stansiyasının dördüncü reaktorunda baş vermiş partlayışdan bəhs edir. Filmdə baş rolları Stellan Skarsqard, Emily Uotson, Cared Harris, Cessi Bakli oynayıb. Filmin rejissoru isveç İohan Renkdir. Filmin çəkilişləri Litvadakı İqnalinski atom elektrik stansiyasında və Ukraynada aparılıb.
Serial lap yaxın vaxtlarda, 2019-cu ilin 6 may günü geniş ictimaiyyətə təqdim olunub.
Çernobl atom stansiyasında baş vermiş qəza tarixin ən böyük nüvə fəlakətlərindən biri sayılır. O vaxtkı sovet hakimiyyətinin AES-lə bağlı təcili addımlar atmaması ucbatından və fəlakəti xalqdan gizlətdiyinə görə milyonlarla insan fəlakətdən əziyyət çəkib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır