Netflix Bill Gates haqqında film çəkir
30 AVQUST
324

Netflix Bill Gates haqqında film çəkir

Netflix şirkəti Microsoft-un qurucusu Bill Gates haqqında üç hissəli sənədli film buraxacaq. Yaradıcıların sözlərinə görə, film, tamaşaçıları dünyanın ən çətin problemlərinin ən unikal həll yollarını axtaran Gates-lə yaxından tanış edəcək.

Ötən günlərdə “İnside Bill’s Brain: Decoding Bill Gate” adlı filmin treyleri çıxıb. Filmin çəkilişlərində Gates-in özü və yoldaşı Melinda da çəkilib.

Treyler silsilə suallarla başlayır: “Sevimli qidanız hansıdır?” (qamburger), “Sevdiyiniz heyvan?” (it). “Həyatda ən çox nədən qorxursunuz?” sualına isə Microsoft-un qurucusu belə cavab verib: “Beynimin işləməməsindən”.

Bill Gates-in özünün dediyinə görə, o, öz işini və həyatını təhlil edərək son bir neçə il ərzində layihədə iştirak edib.

Film üzərində “An İnconvenient Truth” filminin rejissoru Davis Guggenheim işləyib. Netflix, filmi bütün dünyaya bu ilin 20 sentyabrında göstərəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır