Nizami Kino Mərkəzində “Azərbaycanda Rusiya filmləri həftəsi”nin açılış mərasimi keçiriləcək
19 SENTYABR
417

Nizami Kino Mərkəzində “Azərbaycanda Rusiya filmləri həftəsi”nin açılış mərasimi keçiriləcək

entyabrın  23-də  Nizami Kino Mərkəzində Rusiya Federasiyası Mədəniyyət Nazirliyinin dəstəyi, Azərbaycan Respublikası Mədəniyyət  Nazirliyi, Rusiyanın “Kinofest” Prodüser Mərkəzi , Nizami Kino Mərkəzi və YARAT Müasir İncəsənət Mərkəzinin təşkilatçılığı ilə Rusiya filmləri həftəsinin açılış mərasimi keçiriləcək .

Açılış mərasimində  Rusiya  kinematoqrafiyasının  simaları və “Kinofest” Prodüser Mərkəzinin nümayəndələri iştirak edəcək.

Açılış mərasiminin  rəsmi hissəsindən sonra  rejissor Anar Abbasov 2019-cu ildə  çəkdiyi  “Bitva”  bədii filmini  tamaşaçılara təqdim edəcək.

Qeyd edək ki, sentyabrın 23-dən- 29- na qədər davam edən film  həftəsi  çərçivəsində Nizami Kino Mərkəzində sentyabrın 24-də,  saat 20-00-da  rejissor Kim Drujininin  “Tanki”,  25-də, saat 20-00-da Yevgeniy Bederevin  “Domovoy” ,  sentyabrın 26-da, saat 20-00-da rejissor Mixail Rasxodnikovun “Doroqoy papa” , 27-də,  saat 14-00-da  rejissor Yelena Xazanovanın “Lyubovnitsı”, sentyabrın 28-də, saat 12-00-da   Aleksey Kozlovun “Spasti  Leninqrad”  və  29-da, saat  20-00-da rejissor Anna Parmasın “Davay razvedemsa”  bədii filmləri  şəhər sakinlərinə və şəhərimizin qonaqlarına təqdim olunacaq.

Filmlər Nizami kino Mərkəzinin  böyük zalında nümayiş olunacaq.

Filmlərə giriş sərbəstir.

YARAT Müasir İncəsənət Mərəzində sentyabrın 24-də “Van Qoqi” filmi, 27-də “Voyna Annı”, 28-də “Veçnaya jizn Aleksandra Xristoforova” filmləri nümayiş olunacaq. Seanslar saat 19-00-da başlayır.

Filmlərə  giriş sərbəstdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır