Bakıda Uşaqlar və Valideyinlər üçün Möhtəşəm ailəvi Halloween Əyləncə proqramları keçiriləcək
04 OKTYABR
395

Bakıda Uşaqlar və Valideyinlər üçün Möhtəşəm ailəvi Halloween Əyləncə proqramları keçiriləcək

Oktyabrın 26-sı Ağ şəhər Baku Bay restoranı və oktyabrın 27 Marriot Abşeron otelində (Razzmatazz Bakı Restoranı) uşaqlar və valideynlər üçün ailəvi hellovin şou keçiriləcək. Təşkilatçıların məlumatlarına görə bu şənliklər digər bütün şənliklərdən çox fərqlənəcək. Həm surprizlər həm şou proqram həm hədiyyələrinə, həm tematik dekoruna görə həm də xüsusi gətizdirilmiş avadanlığa görə hansındakı siz övladınızın gələcəkdə hansı sahədə daha bacarıqlı ola biləcəyini öncədən barmaq izinə görə öyrənə biləcəksiz.

İntuisiyanıza güvənməyə son verin, elmi araştırmalara əsaslanan sübutlardan istifadə edin. Genetik test şirkəti analizlərin toplanması, təhlil edilməsi, yoxlanılması və sistemləşdirilməsi sahəsində çox iş görüb. Əldə edilmiş analiz alqoritmləri Genetik-test aparat kompleksinə vahid bir proqram kimi daxil edildi. Testi keçdikdən bir neçə dəqiqə sonra özəl qabiliyyətləriniz haqqında fərdi biometrik hesabat alırsınız və eyni zamanda uğurun açarını qazaırsınız!

Halloween Proqrami:

Baku Bay White City:

“BamblBi bədheybətlərə qonaq gəlir”

Fam Party Baku təqdim edir: 26 oktyabr Bakının gözəl yerlərindən birində, Ağ şəhərdə yerləşən “Baku Bay”-da “BamblBi bədheybətlərə qonaq gəlir” adlı Hellovvin parti keçiriləcək. Tədbir həm valideynlər həm də uşaqlar üçün muzikl karnaval stilində keçiriləcək.

Hellovin əyləncə gecəsinin qonaqları: Qraf drakula və sevgilisinin dəvəti ilə tədbirə gəlmiş – uşaqların sadiq dostu Transformer Bamblbi, həmçinin Sugarramurdi ifritələri, Vampirlər, İblis, 7 krallığın Şahzadəsi, siz və Betmen.

Əziz uşaqlar tədbirdə sizi: Oyunlar və Hədiyyələr, Ən yaxşı kostyum viktorinası, Fleşmob, Transformerdən atəşfəşanlıq və vampirə dönüşmə sizi gözləyir. Həmçinin feys art(ödənişli), Köpük şou, Alov şou, Fotosessiya, Şirniyyatlar, Möhtəşəm Hellovin dekorasiya, və ən məşhur DJ İDN ilə unudulmaz diskoteka. Feys art etmək istəyənlərdən tədbirə yarım saat əvvəl gəlmələri xahiş olunur.

Keçiriləcək yer: “Baku Bay White City” Ünvan: Ağ Şəhər

Vaxt: 26 oktyabr 13:00 və 16:00 Proqram müddəti: 2 saat

Biletin qiyməti:
Uşaqlar – 45 AZN. Qiymətə şou proqramda iştirak, şirniyyat masası və hədiyyə daxildir.        Valideynlər – 35 AZN. Qiymətə tədbirə giriş və şirniyyat masası daxildir.

Biletlər haqqında daha ətraflı məlumat üçün +994 51 757-87-72 nömrəsinə zəng edin. 

Baku Bay:

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır