Dəli yığıncağı
09 OKTYABR
214

Dəli yığıncağı

Ölkə: Azərbaycan
Rejissor: Kamran Şahmərdan
Müddəti: 1 saat 20 dəqiqə
Janr: eksperimental dram
Yaş həddi: 16+
Dil: Azərbaycan dili, rus və ingilis dillərində subtitrlər ilə

Tamaşa Azərbaycanın yazıçı-satirik, jurnalist, maarifçi və ictimai xadimi, Molla Nəsrəddin ləqəbi ilə tanınmış Cəlil Məmmədquluzadənin eyni adlı pyesi əsasında hazırlanıb. Əsərdə yazıçı sosial bərabərsizlik mövzusuna toxunub.

Kamran Şahmərdanın səhnəyə qoyduğu tamaşa satirik etno-rok müzikldir. Hadisələr İranın Təbriz şəhərində baş verir, cəhalət, fanatizm, köhnə cəmiyyətin qara qüvvələrinə qarşı gedən mübarizədən bəhs edir.

Tamaşa 3-cü M.A.P. Beynəlxalq Teatr Festivalının açılış mərasimi üçün YARAT-ın sifarişi ilə hazırlanıb.

Kamran Şahmərdan azərbaycanlı kino və teatr rejissorudur. O, uzun illərdir ki, Finlandiyada yaşayır və orada “Ağ və Qara” teatrını yaradıb, eyni zamanda Ağ və Qara Teatr Festivalının təsisçisidir. 2018-ci ildən M.A.P. festivalının bədii rəhbəridir. 

Tarix: C.a. 10.10.2019 19:00

Ünvan: ÜNS Yaradıcılıq Səhnəsi

Bilet: 30 - 60 Manat

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır