Koreyalılar Azərbaycan turizminə pul qoya bilər
11 MAY 2016
226

Koreyalılar Azərbaycan turizminə pul qoya bilər

Koreya Respublikasının aparıcı turizm şirkətlərinin nümayəndələri mayın 14-dək ölkəmizdə tanışlıq səfərindədirlər.

Mədəniyyət və Turizm Nazirliyindən bildirilib ki, səfərin məqsədi ölkəmizə turistlərin cəlb olunması, həmçinin Azərbaycanın və Koreyanın aparıcı turizm şirkətləri arasında əməkdaşlığın genişləndirilməsi və turizm imkanlarının tanıdılmasıdır.

Səfər çərçivəsində mayın 10-da “Hilton Baku” mehmanxanasında Koreyanın və Azərbaycanın aparıcı turizm şirkətləri arasında işçi görüşü keçirilb. Görüşdə “AGT”, “Geo Travel”, “Regea travel”, “Turizm.az”, “Khazar Travel”, “Victory Tour”, “Granit AS”, “Silkway Travel” turizm şirkətlərinin və “Kempinski Badamdar”, “Park İnn” mehmanxanalarının nümayəndələri iştirak ediblər.

Görüşün əvvəlində Azərbaycanın turizm potensialına dair videotəqdimat izlənilib. Sonra qarşılıqlı turist mübadiləsinə dair danışıqlar aparılıb və gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub.

Səfər çərçivəsində qonaqlar paytaxt Bakı ilə yanaşı, Qəbələ və Şəkinın də turizm potensialı ilə yaxından tanış olacaqlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır