Cibgirlərin ən çox olduğu şəhərlər - SİYAHI
24 MAY 2016
839

Cibgirlərin ən çox olduğu şəhərlər - SİYAHI

Pul kisənizdən ən çox Barselonada muğayat olun. Burada cibgirlərin ən çox dolandığı “qaynar nöqtələr” Rambla küçəsi, Kataloniya Meydanı, Qotik məhəllə və Montkad küçəsi hesab olunur.

Fins.az-ın məlumatına görə, Köhnə Dünyanın şəxsi əmlak üçün ən təhlükəli istiqamətlərini “City Base Apartments” portalı tərtib edib. Birinci yeri Kataloniyanın paytaxı tutub. Şəhəri hər il bütün dünyadan 7,5 milyona qədər insan ziyarət edir. Ona görə cinayətkarlar arasında da bura çox məşhurdur. Roma, Praqa, Madrid, Amsterdam və Afina da portalın tərtib etdiyi bu siyahıya düşüblər. Cibgirlərin bu şəhərlərdə ən sevdikləri məkanlar isə - Qırmızı fənərlər məhəlləsi, Omoniya Meydanı və Notre Dame de Paris-dir.

Florensiyada Ponte Vekkyo, Londonda isə - Oksford Strit-də cibgirlərdən uzaq durmaq lazımdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır