ASAN Viza ABŞ investorlarının Azərbayana marağını artıracaq - SƏFİRLİK
07 İYUN 2016
340

ASAN Viza ABŞ investorlarının Azərbayana marağını artıracaq - SƏFİRLİK

ABŞ Azərbaycanda xaricilərin elektron viza almağını asanlaşdıran “ASAN Viza” sisteminin tətbiqini alqışlayır. Fins.az-ın “Trend”ə istinadən məlumatına görə, bunu ABŞ səfirliyindən deyiblər.

Səfirlik heab edir ki, sözügedən sahədə şəffaflığın yüksəldilməsi və dövlət xidmətlərinin sadələşdirilməsi hər zaman müsbət hal hesab olunur. 

“ASAN Viza” sistemi xaricilərin Azərbaycana səfərlərini asanlaşdıracaq. Biz bilirik ki, ABŞ vətəndaşları Azərbaycana sadələşdirilmiş sistemlə gələ biləcək vətəndaşların daxil olduğu ölkələr siyahısına aid ediləcək” – deyə səfirlikdən bildiriblər. 

Diplomatik nümayəndəlikdə həmçinin qeyd ediblər ki, bu addım Azərbaycanda turizm biznesinin genişlənməsinə imkan yaradacaq və ABŞ-dan olan biznesmenlərin, investorların və turistlərin buraya olan marağını yüksəldəcək. 

Qeyd edək ki, prezident İlham Əliyev bu il iyunun 1-i elektron viza verilməsi prosedurlarını asanlaşdırılması və “ASAN Viza” sisteminin yaradılması ilə bağlı fərman imzalayıb. 

Fərman Azərbaycan Respublikasına gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza verilməsi prosedurunun sadələşdirilməsi, müasir informasiya texnologiyalarının tətbiqi ilə operativliyi və şəffaflığı təmin edilməsi məqsədi daşıyır. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır