Viza rüsumları 20 dollara endi
24 İYUN 2016
402

Viza rüsumları 20 dollara endi

Azərbaycana birdəfəlik giriş vizaları üçün vahid rüsumun tətbiqi qüvvəyə minib. 

Fins.az-ın APA-ya istinadən məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev bu gün ““Dövlət rüsumu haqqında” qanunda dəyişikliklər edilməsi barədə” qanunu təsdiqləyib.

İndiyə qədər Azərbaycanda və Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəliklərində verilən birdəfəlik giriş vizalarının rəsmiləşdirilməsi üçün 50 dollar tələb edilib. 

Dəyişikliyə əsasən, bu məbləğin 20 dollara endirilib. Digər tərəfdən, indiyə qədər turizm vizalarının və şəxsi kontraktla təhsil alan tələbələrin vizalarının rəsmiləşdirilməsi üçün 20 dollar, tranzit vizalarının rəsmiləşdirilməsi üçün birdəfəlik viza üçün 20 dollar, ikidəfəlik tranzit vizası üçün 40 dolların tələb olunması ilə bağlı müddəalar ləğv edilib. Qüvvəyə minən yeni qanuna əsasən bütün növ vizaların rəsmiləşdirilməsi üçün vahid rüsum - 20 dollar tələb ediləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır